İran Milli Neft Emalı və Paylama Şirkəti Bəndər Abbasdakı Şəhid Rəcai Limanında baş verən partlayış və yanğınla bağlı bildirib: Şəhid Rəcai Limanı ərazisində partlayış və yanğın xəbəri ilə bağlı diqqətinizə çatdırırıq ki, bu partlayışın həmin ərazidə yerləşən neftayırma zavodları, yanacaq çənləri, paylayıcı kompleks və ya bu şirkətlə əlaqəli neft kəmərləri ilə heç bir əlaqəsi yoxdur. Hazırda Bəndər Abbas bölgəsində yerləşən obyektlərin fəaliyyəti fasiləsiz davam edir.
Bildirişin davamında qeyd olunur: Həmçinin, bölgədə yerləşən bütün neft şirkətlərinin xilasetmə və yanğınsöndürmə avadanlığı və təchizatları hazır vəziyyətdədir və Limanlar və Dəniz Təşkilatı yuxarıda qeyd olunan qəzanın idarə edilməsinə köməklik göstərmək üçün xidmət göstərir.
Partlayışla bağlı Daxili İşlər naziri İskəndər Mömini Hormozqan valisi Məhəmməd Aşuri ilə telefon danışığı zamanı hadisə ilə bağlı ilkin məlumat alıb və dərhal araşdırma aparmaq üçün Hörmüzqan valisinə lazımi tapşırıqlar verib.
Həmçinin Daxili İşlər nazirinin əmri ilə Böhran Vəziyyətini İdarəetmə Təşkilatının rəisi bölgəyə gedib.
Sizin rəyiniz