Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai jurnalistlərə açıqlamasında bildirib: “Yerli vaxtla səhər saat 10 radələrində başlayan dolayı İran-ABŞ danışıqlarının üçüncü raundu əvvəlki iki raundda olduğu kimi, omanlı evsahibinin köməkliyi ilə, İran və Amerika nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə ayrı-ayrı zallarda keçirilir.”
“Xarici İşlər nazirinin siyasi və beynəlxalq hüquqi məsələləri üzrə müavinlərinin başçılıq etdiyi İranın texniki-ekspert heyəti də danışıqlarda iştirak edir və sanksiyalar sahəsində təcrübəli ekspertlər, o cümlədən iqtisadi-bank mütəxəssisləri, nüvə sahəsi və Beynəlxalq Atom Enerji Agentliyi ilə qarşılıqlı fəaliyyətlə bağlı ekspertlərin birləşməsi ilə öz vəzifələrini yerinə yetirir” - deyə, Bəqai əlavə edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, İran İslam Respublikası qəddar sanksiyalara son qoyulmasının zəruriliyi və İranın nüvə proqramının dinc xarakter daşıması ilə bağlı etimadın yaradılmasına hazır olması ilə bağlı prinsipial mövqelərində sabitdir.
Bəqai deyib: “Təcrübə sübut edib ki, anlaşmaya nail olmaq İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq qanuni hüquqlarına hörmət edilməsini və sanksiyaların effektiv şəkildə dayandırılmasına dair təminatları tələb edir.”
Sizin rəyiniz