Seyid Abbas Əraqçi çıxışının əvvəlində Şəhid Rəcai Limanı hadisəsinə toxunaraq, bu hadisədə İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib, bu limanda baş verən partlayışda yaralananların tezliklə sağalmasını arzu edib, həyata keçirilən tədbirlərlə hadisədə yaralananların müalicə olunacağına və məsələnin araşdırılacağına ümid etdiyini bildirib.
Xarici İşlər naziri Oman hökuməti və Xarici İşlər nazirinin vasitəçiliyini və danışıqlar üçün sakit mühitin yaradılmasını yüksək qiymətləndirərək deyib: “Bu dəfəki danışıqlar keçmişdən qat-qat ciddi idi və biz tədricən daha ətraflı, texniki müzakirələrin bəzilərinə daxil olduq. Ekspertlərin iştirakı çox faydalı oldu. Bir neçə dəfə yazılı şəkildə fikir mübadiləsi apardıq. Dolayı danışıqlarda texniki müzakirələr müəyyən dəqiqlik tələb edir və buna görə də mövqelər əsasən yazılı şəkildə mübadilə edildi.”
Danışıqlar mühiti kifayət qədər ciddi idi
Əraqçi əlavə edib: “Qarşı tərəflərin sualları var idi, biz onları yazılı cavablandırdıq. Bizim də suallarımız var idi və qarşı tərəfə təqdim etdik. Ümumilikdə, danışıqlar mühiti çox ciddi və işgüzar şəraitdə keçdi. Böyük müzakirələrdən uzaq dayandıq, amma bu, fikir ayrılıqlarının aradan qaldırılması demək deyil və həm makro məsələlərdə, həm də detallarda fikir ayrılıqları var.”
Danışıqlarda irəliləyişə ümid edirik
Xarici İşlər naziri fikir ayrılıqlarının necə azaldılmasına dair növbəti görüşə qədər paytaxtlarda əlavə araşdırmaların aparılmasının planlaşdırıldığını qeyd edərək deyib: “Hər iki tərəf ciddi olması və ciddi şəkildə danışıqlara başladığı aydın hiss olunurdu. Bu məsələ, danışıqlarda irəliləyişə ümid etdiyimiz atmosfer yaradır.”
“Detalları müzakirə etməzdən əvvəl ümumi anlaşmaya nail olmaq üçün lazım olan məsələlər var” - deyə, o, bildirib.
Danışıqların dördüncü raundu da yüksək səviyyədə olacaq
Əraqçi danışıqların növbəti raundu haqqında deyib: “Növbəti raund yəqin ki, şənbə günü (3 may) olacaq. Onun təfərrüatları evsahibi olan Oman hökuməti tərəfindən təşkil olunacaq və hər iki tərəfə məlumat veriləcək. Dördüncü raundda mən və cənab Stiven Uitkoff iştirakı və ekspertlərin müşayiəti ilə keçiriləcək.”
Danışıqların dördüncü raunduna Atom Enerjisi Təşkilatının ekspertlərinin dəvət edilməsi imkanı
Xarici İşlər naziri İran ekspertlər heyətinin tərkibi ilə bağlı suala cavab olaraq deyib: “Tədricən ümumi müzakirələrdən daha ətraflı və ixtisaslaşmış müzakirələrə keçdikcə lazım olan ekspertlər də əlavə olunur. Bu görüşdə ilk dəfə olaraq ekspert heyətimizdə iştirak edən iqtisadi ekspertlərimiz var idi. Onların iştirakı çox faydalı oldu. Hesab edirəm ki, növbəti görüşdən komandaya Atom Enerjisi Təşkilatının ekspertləri də əlavə edilməlidir. Biz o yerə çatmışıq ki, irəlilədikcə gündəmdəki məsələlərdən asılı olaraq müvafiq eksperti də əlavə edəcəyik.”
Sizin rəyiniz