27 aprel 2025 at 09:59
Jurnalist kodu: 5564
Xəbər kodu: 85815196
T T
0 Persons
BMT Bəndər Abbas partlayışından sonra İran xalqına və hökumətinə başsağlığı verib

İRNA - Birləşmiş Millətlər Təşkilatı İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş güclü partlayışdan sonra İran xalqına və hökumətinə başsağlığı verib.

Yerli vaxtla şənbə günü gecə İRNA-ya danışan BMT-nin sözçüsü Stefan Düjarrik deyib: Biz aprelin 26-da İran İslam Respublikasının Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində çoxlu sayda qurbanların olduğunu böyük təəssüf hissi ilə öyrəndik.

Düjarrik deyib: Biz həyatını itirənlərin ailələrinə, İran xalqına və hökumətinə başsağlığı verir və acılarına şərik olduğumuzu bildiririk, yaralananların tezliklə sağalmasını arzulayırıq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .