Fatimə Mühacirani, 27 aprel 2025-ci il, bazar günü X sosial şəbəkəsində bir mesaj dərc edərək, qurbanların son vəziyyəti və Şəhid Rəcai Limanındakı yanğının tamamilə qarşısını almaq üçün davam edən səylər haqqında hesabat təqdim edərək yazıb: "Mən yol naziri, Qızıl Aypara Cəmiyyətinin rəhbəri və səhiyyə nazirinin müalicə üzrə müavini ilə danışdım. Yanğının əhəmiyyətli bir hissəsinin qarşısı alınıb, qalan 20 faizin qarşısının alınması istiqamətində işlər davam etdirilir".
Hökumət sözçüsü bu mesajın davamında yazıb: 1139 nəfər tibb mərkəzinə müraciət edib, onlardan bəziləri hava yolları vasitəsilə Şiraz və Laristana göndərilib. Bütün şöbələr gücləndirilmiş rejimdə yardım göstərirlər.
26 aprel 2025-ci il, şənbə günü Bəndər Abbasın Şəhid Rəcai limanında baş verən güclü partlayışda 18 nəfər ölüb, 6 nəfər itkin düşüb, 800 nəfər yaralanıb, lakin hadisənin səbəbi barədə dəqiq məlumat yoxdur.
Sizin rəyiniz