27 aprel 2025 at 17:48
Jurnalist kodu: 5564
Xəbər kodu: 85815852
T T
0 Persons
Azərbaycan Prezidenti Şəhid Rəcai limanında baş vermiş hadisə ilə bağlı İrana başsağlığı verib

Tehran - İRNA - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran Prezidentinə ünvanladığı məktubda Şəhid Rəcai limanında baş vermiş partlayışla bağlı başsağlığı verib.

Azərbaycan Respublikasının Prezidenti İran İslam Respublikasının Prezidenti doktor Məsud Pezeşkiyana ünvanladığı müraciətdə Şəhid Rəcai Limanında baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı İran hökuməti və xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Azərbaycan Prezidenti Şəhid Rəcai limanında baş vermiş hadisə ilə bağlı İrana başsağlığı verib

Məktubda bildirilir: “Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .