İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının idarə heyəti İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycan Respublikasına səfəri ərəfəsində kənd təsərrüfatı, sənaye, mədən və nəqliyyatın müxtəlif sahələrindən olan 120 iqtisadi fəalın müşayiəti ilə Azərbaycan Respublikasına yola düşüb.
Bu üç günlük səfər çərçivəsində İran və Azərbaycan arasında işgüzar konfrans, eləcə də iki ölkənin iqtisadi fəalları arasında təkbətək görüşlər nəzərdə tutulur.
Plana əsasən, İran və Azərbaycan prezidentləri və iki ölkənin ticarət palatalarının rəhbərləri bazar ertəsi, aprelin 28-də keçiriləcək işgüzar konfransda çıxış edəcəklər.
İran Ticarət Palatasının nümayəndə heyəti bu səfərə iki ölkə arasında ticarət əlaqələrini və müştərək investisiyaları genişləndirmək, diqqəti Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Gilan kimi sərhəd vilayətlərinə yönəltmək məqsədi ilə yola düşüb.
Həmçinin, bu heyətin üzvləri daha çox qida sənayesi, kənd təsərrüfatı, texniki mühəndislik xidmətləri, tranzit və nəqliyyat, mineral sənaye, tikinti materialları, neft-kimya, polimerlər sahələrində fəaliyyət göstərirlər.
İran Palatasının keçmiş sədri Məhəmməd Nəhavəndiyan, İran Palatasının sədr müavini Hüseyn Pirmuəzzin, İran Palatasının İdarə Heyətinin üzvü Abdullah Mühacir Darabi, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Gilan valiləri, bu dörd vilayətin ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatalarının rəhbərləri, eləcə də bu əyalətlərin iqtisadi koordinasiya üzrə müavinləri Səməd Həsənzadəni bu səfərdə müşayiət edirlər.
Hüseyn Pirmüəzzin İran və Azərbaycan Respublikasının Birgə Palatasına da rəhbərlik edir.
Sizin rəyiniz