Həzrət Ayətullah Xamenei Bəndər Abbasdakı Şəhid Rəcai limanında baş verən ağrılı yanğın hadisəsində həlak olanların ailələrinə başsağlığı verib, təhlükəsizlik və ədliyyə orqanlarının vəzifəli şəxslərinə bu hadisə ilə bağlı hər hansı səhlənkarlığı və ya qəsdi tam araşdırmağı, aşkar etməyi və qaydalara uyğun olaraq təqib etməyi tapşırıb.
İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhimİnna lillahi və inna iləyhi raciun
Şəhid Rəcai Limanında baş verən ağrılı yanğın hadisəsi kədər və narahatlığa səbəb olmuşdur.
Təhlükəsizlik və ədliyyə orqanlarının vəzifəli şəxsləri hərtərəfli araşdırma aparmalı, hər hansı səhlənkarlığı və ya qəsdi aşkar etməli və qayda-qanunlara uyğun olaraq məsələni izləməlidir.
Bütün vəzifəli şəxslər faciəli və dağıdıcı hadisələrin qarşısını almaq üçün özlərini məsuliyyətli hesab etməlidirlər.
Bu faciəvi hadisədə həlak olanlara Allahdan rəhmət və məğfirət, həlak olanların ailələrinə səbr, yaralananlara tezliklə şəfa diləyirəm. Ehtiyac anında yaralılara qan verməyə hazır olan fədakar insanlara ürəkdən təşəkkür edirəm.
Vəs-səlamu ələykum və rəhmətullahSeyid Əli Xamenei7 ordibeşit 1404 (27 aprel 2025)
Sizin rəyiniz