İbrahim Rzayi 27 aprel, bazar günü axşam saatlarında İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclası ilə bağlı jurnalistlərə verdiyi açıqlamada deyib: “Bugünkü iclasda İran İslam Respublikası Ordusunun Strateji Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani komissiyanın qonağı idi və çıxışında Fars körfəzinə toxunaraq, onun tarixin əvvəlindən və əbədi olaraq Fars körfəzi olub və olacağını bəyan etdi.”
İbrahim Rzayi əlavə edib: “Admiral İrani bildirdi ki, bu körfəz ölkəmizin şəhidlərinin adları ilə birləşib və bu gün İslam İnqilabının bərəkəti, şəhidlərin mübarizə və fədakarlığı və Ali Məqamlı Rəhbərin komandanlığı ilə təkcə Fars körfəzində deyil, Hind okeanında və dünyanın bütün su yolları və okeanları İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir. Dəyərli İran bayrağı bu su yollarında döyüş gəmiləri ilə birlikdə İran İslam Respublikasının əzəmətini nümayiş etdirir.”
İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü deyib: “Bu görüşdə admiral İrani bir müddət əvvəl Qırmızı dənizdə İranın Zaqros esminesinin vurulması ilə bağlı ABŞ-ın xəbər uydurmasına toxunaraq deyib ki, bu iddia əsrin zarafatı idi və biz o uydurmadan sonra dəniz gücünü göstərmək üçün Zaqros esminesini nümayiş etdirdik.”
Sizin rəyiniz