29 aprel 2025 at 15:53
Jurnalist kodu: 5564
Xəbər kodu: 85818007
T T
0 Persons
Si Bəndər Abbasdakı partlayışla bağlı Pezeşkiyana başsağlığı verib

Tehran - İRNA - Çin Prezidenti Si Cinpin məktub ünvanlayaraq Bəndər Abbasda indiyədək 70 nəfərin həlak olması ilə nəticələnən faciəli partlayışla bağlı İran Prezidenti Məsud Pezeşkiyana başsağlığı verib.

Çinin CGTN telekanalı çərşənbə axşamı bildirib ki, Çin Prezidenti iranlı həmkarına məktub göndərərək Şəhid Rəcai Limanında baş verən ölümcül partlayışla bağlı başsağlığı verib.

Si məktubunda bildirib: “İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş güclü partlayış və bunun nəticəsində ağır itkilər və maddi ziyan haqqında xəbərləri eşidəndə şoka düşdüm.”

Çin Prezidenti bildirib: “Bununla, Çin hökuməti və xalqı adından həlak olanların ailələrinə, yaralananlara və zərər çəkmiş bölgələrin əhalisinə dərin hüznlə başsağlığı verirəm, onlarla həmdərd olduğumuzu bildirirəm.”

Sizin rəyiniz

You are replying to: .