29 aprel 2025 at 19:33
Jurnalist kodu: 5564
Xəbər kodu: 85818226
T T
0 Persons
SEPAH Dəniz Qüvvələrinin komandanı: Fars körfəzində təhlükəsizlik region xalqları tərəfindən təmin edilməlidir

Bəndər Abbas - İRNA - SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı İslam Respublikasının regionda sülhməramlı siyasətini vurğulayaraq deyib: “Biz dəfələrlə qonşu ölkələrə dostluq və qardaşlıq mesajları göndərmişik və hesab edirik ki, Fars körfəzinin təhlükəsizliyi region xalqları tərəfindən təmin edilməlidir.”

Admiral Əlirza Təngsiri çərşənbə axşamı 10 Ordibehişt Fars Körfəzin Milli Gününə işarə edərək deyib: “Biz hesab edirik ki, əcnəbilərin regionda olması təhlükəsizliyi təhdid edir və region dövlətləri regiondankənar güclərin müdaxiləsi olmadan əməkdaşlıq etməlidir.”

Admiral regiondakı qlobal imperializmin məqsədlərinə toxunaraq deyib: “Düşmənlər qarışıqlıq yaratmaq və silah satmağa çalışırlar, lakin İran həmişə Fars körfəzinin təhlükəsizliyinin keşikçisi olub və olacaq.”

SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı bəyan edib: “Ordibeheştin 10-u Fars Körfəzi Milli Günü bu strateji su yolunun 117 illik Portuqaliya işğalından azad edilməsini xatırlayır və İran xalqı bu günün adlandırılmasının arxasında duran fəlsəfə ilə tanış olmalıdır.”

“Bu gün 1622-ci ildə Fars körfəzi üzərində Portuqaliya müstəmləkəçiliyinin sona çatması, bölgənin xalqın müqaviməti və Səfəvi sərkərdəsi İmamqulu Xanın şücaəti nəticəsində azad edildiyi gündür” - deyə, o, qeyd edib.

Fars körfəzinin İran tarixində hər zaman xüsusi yeri olduğunu bildirən admiral Təngsiri deyib: “Neft və qazın belə nəzərə alınmadığı bir vaxtda müstəmləkəçilərin mövcudluğu bu su yolunun geosiyasi və strateji əhəmiyyətindən xəbər verir.”

Fars körfəzinin iqtisadi vəziyyətinə toxunan admiral Təngsiri deyib: “Regionun neftinin 62%-i və qazının 40%-i bu su yolu ilə ixrac olunur ki, bu da onun qlobal iqtisadiyyatda mühüm rolunu göstərir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .