General-mayor Məhəmməd Pakpur ötən ilin aprelində Rask və Çabaharda baş vermiş terror hadisələrinə toxunaraq deyib: “Bu əməliyyatlarda öldürülən 18 terrorçunun hamısı xarici ünsürlər idi, onlar yanacaq daşıyıcıları kimi bölgəmizə daxil olublar, silah və sursatlarını yanacaq qablarında gətiriblər. Bu məsələ həmin terror ünsürləri ilə əlaqəli şəxslərin və onların əlbirlərinin etiraflarında qeyd olunub. Bu mövzu, bölgə əhalisindən daha çox sayıqlıq tələb edir ki, əcnəbi vətəndaşların onların adı ilə bölgəyə daxil olmasının və təhlükə yaratmasının qarşısını alsınlar. Çünki əsas zərəri yerli əhali görür.
O, Gövhərkuhda baş verən terror hadisələrinə də toxunaraq bunları deyib: “Bu hadisədən sonra təhlükəsizlik qüvvələrinin cinayətkarlara və terrorçulara qarşı keçirdiyi əməliyyatlarda 150-dən çox terrorçu həbs edildi, onlardan 100 nəfəri öldürüldü. Həbs edilən şəxslər etiraflarında bildiriblər ki, onlar ölkədən qaçıb düşmənə sığınan Rask sakini ilə əlaqə saxladıqdan sonra, təşkilatlanıblar.
Sizin rəyiniz