Xarici İşlər Nazirliyi bu bəyanatda ABŞ-ın qeyri-qanuni sanksiyaları davam etdirmək və gücləndirməkdə israrlı olması ilə bağlı qeyd edib: “ABŞ prezidentinin İslam İnqilabının Ali Rəhbərinə məktubundan və İranın sülhməramlı nüvə proqramı ilə bağlı yaranmış lüzumsuz və süni böhranın həlli üçün diplomatiya yolunu seçməyə hazır olduğunu bəyan etməsindən sonra İran İslam Respublikası xoşməramlı və milli hakimiyyət və etimadın dəstəklədiyi bir yanaşma ilə Amerika Birləşmiş Ştatları ilə dolayı dialoqa girdi.”
Bəyanatda əlavə olunur: “Danışıqların üç raundu zamanı İran İslam Respublikasının müzakirəçiləri nüvə enerjisindən dinc məqsədlərlə istifadə və qəddar sanksiyalara son qoyulması sahəsində İranın beynəlxalq hüquqa uyğun prinsipial yanaşmalarına əsaslanan konkret çərçivəyə əsaslanaraq, İran xalqının mövqeləri və qanuni tələblərini izah edib və ədalətli, ağlabatan və davamlı anlaşmaya nail olmaq üçün səylə çalışıblar.”
Xarici İşlər Nazirliyi: ABŞ-ın sanksiyaların gücləndirilməsinə əsaslanan yanaşmaları qəbul etməyəcəyik
2 may 2025 at 17:22
Xəbər kodu:
85820786

Tehran-İRNA- Ölkəmizin Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib: “İran diplomatiya yoluna sadiqliyini vurğulayaraq və danışıqları davam etdirməyə hazır olduğunu bəyan etməklə yanaşı, BMT-nin Nizamnaməsinin prinsiplərinə və beynəlxalq hüquqa zidd olan təhdid və təzyiqlərə əsaslanan yanaşmalara dözməyəcək.”
Sizin rəyiniz