Silahlı Qüvvələrin mətbuat katibi Yəhya Sərii açıqlamasında deyib: “Yəmən Silahlı Qüvvələri məzlum Fələstin xalqına dəstək və sionist rejimin ABŞ-ın dəstəyi ilə Qəzzə əhalisinə qarşı soyqırımı cinayətini pisləmək çərçivəsində işğal altındakı Yaffa (Təl-Əviv) bölgəsinin cənubunda sionist rejimin hərbi mövqeyini hədəfə alıb.”
Yəhya Sərii əlavə edib: “Bu əməliyyat “Fələstin 2” hipersəs ballistik raketi ilə həyata keçirilib və raket hədəfini uğurla vurub və düşmənin müdafiə sistemləri onu izləyə bilməyib.”
“Bütün İslam ümməti susqunluğun və boyun əyməyin nəticələrini daşıyacaq. Qəzzədə baş verənlərin gec-tez digər ölkələr üçün nəticələri olacaq. Düşmən öz təcavüzlərini genişləndirəcək. Ona görə də bu gün hər tərəfi müdafiə edən Qəzzəyə dəstək vermək təhlükənin bütün paytaxtlara çatmasını gözləməkdən daha yaxşıdır” - deyə, o, qeyd edib.
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi deyib: “Qəzzəyə olan dəstək və yardımlarımız Qəzzəyə qarşı təcavüz dayanana və bu bölgənin mühasirəsi bitənə qədər davam edəcək.”
Sizin rəyiniz