Şənbə günü, mayın 3-də axşam Əlborz vilayətinin Fərdis şəhristanında zibil anbarı tufan zamanı yanıb, yanğınsöndürənlər onu söndürüblər.
Fərdis Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsinin rəisi Hüseyn Aşuri deyib: “Axşam saat 21:00 radələrində zibil platformasının yaxınlığında yanğın xəbəri daxil olub və hadisə yerinə yanğınsöndürənlər göndərilib və yanğının qarşısı alınıb”.
Bəzi anti-İran KİV-ləri yanğının uzaq görüntülərini yayımlayaraq, bu yerin Qaim Kərəc elektrik stansiyasına yaxınlığından istifadə edərək hadisəni elektrik stansiyasında yanğın adlandırıblar.
Bu şayiə Əlborz vilayətinin bölgələrində güclü tufan küləkləri səbəbindən elektrik enerjisinin kəsilməsi ilə nəticələnməsindən sonra daha da güclənib.
Sizin rəyiniz