4 may 2025 at 18:43
Jurnalist kodu: 5564
Xəbər kodu: 85822919
T T
0 Persons
Pakistan: Əraqçinin səfəri İran və Pakistan xalqları arasında möhkəm münasibətlərin dərinliyini əks etdirir

İslamabad - İRNA - Pakistan Xarici İşlər Nazirliyi bir neçə dəqiqə əvvəl bildirib ki, İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi Pakistan rəsmiləri ilə ikitərəfli əlaqələr və regional hadisələrlə bağlı görüş və məsləhətləşmələr aparmaq üçün sabah İslamabada səfər edəcək.

Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatında deyilir: “Bu yüksək səviyyəli səfər Pakistan və qardaş İran xalqları arasında dərin və güclü əlaqələri əks etdirir.

İki ölkə, həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair ortaq öhdəliklərini vurğulayırlar.

Tərəflər həmçinin regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.”

Pakistan Xarici İşlər Nazirliyi əlavə edib: “Doktor Seyid Abbas Əraqçi bu səfər zamanı Prezident Asif Əli Zərdari, Baş nazir Məhəmməd Şahbaz Şərif və Baş nazirin müavini və Xarici İşlər naziri senator Məhəmməd İshaq Dar ilə görüşəcək.

Bəyanatda qeyd olunur ki, İran və Pakistan ortaq tarix, mədəniyyət və dinə əsaslanan sıx ikitərəfli əlaqələrə malikdir. İran Xarici İşlər nazirinin səfəri ilə iki ölkə arasında mövcud əlaqələrin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması gözlənilir.

İRNA-nın məlumatına görə, bu il aprelin 26-da Seyid Abbas Əraqçi Pakistanın Baş nazirinin müavini və Xarici İşlər naziri Məhəmməd İshaq Dar ilə söhbətində İranın Dehli ilə İslamabad arasında gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu bəyan edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .