6 may 2025 at 17:19
Jurnalist kodu: 5564
Xəbər kodu: 85825032
T T
0 Persons
Ənsarullahın sionist rejimin təhdidinə cavabı: Çəkindirici gücümüz var

Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının yüksək səviyyəli üzvü sionist rejimin Səna Hava Limanını hədəfə alacağı təhdidinə reaksiyasında Qəzzə əhalisinə qəti dəstəyini bəyan edərək vurğulayıb ki, Ben Qurion Hava Limanını hədəf alan əməliyyat sionist rejimə qarşı yeni hərəkətlər zəncirinin yalnız başlanğıcıdır.

Ənsarullah Hərəkatının tanınmış komandiri Hizam Əsəd “Əl-Ərəbi” telekanalına müsahibəsində vurğulayıb ki, Yəmən özünün “çəkindirici iradəsinə” arxalanaraq, milli suverenliyinin hər hansı pozulmasına icazə verməyəcək.

O, sionist rejimin özünün həssas infrastrukturunu qoruya bilməməsinə toxunaraq deyib: “Sionist düşmən hətta Ben Qurion hava limanının təhlükəsizliyini təmin edə bilməyib.”

Hizam Əsəd Ben Qurion hava limanına hücumun sionist rejimə qarşı yeni əməliyyatlar silsiləsinin yalnız ilk addımı olduğunu vurğulayaraq, Yəmənin Qəzzə zolağındakı Fələstin xalqına təcavüzü dayandırana və mühasirə götürülənə qədər bütün gücü ilə dəstəyini davam etdirəcəyini bəyan edib.

“İşğalçı rejim mülki obyektlərə hücum edərək Yəmən xalqını cəzalandırmaq istəyir, lakin bu təcavüzlər bizi Fələstin məsələsinə dəstək yolundan döndərməyəcək” - deyə, tanınmış komandir əlavə edib.

O, təcavüzün davam etməsinin daha sərt və geniş cavablarla qarşılanacağı ilə bağlı xəbərdarlıq edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .