7 may 2025 at 11:42
Jurnalist kodu: 5564
Xəbər kodu: 85825747
T T
0 Persons
İngiltərə rəsmilərinin İran İslam Respublikasına qarşı əsassız iddiaları rədd edilib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə nazirin köməkçisi və baş direktoru Daxili İşlər Nazirliyinin rəsmiləri və İngiltərə parlamentinin bəzi üzvlərinin İran İslam Respublikasına qarşı son iddialarını rədd edib.

Nazirin köməkçisi və Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Əlirza Yusifi bir neçə İran vətəndaşının şübhəli şəkildə həbs edilməsindən sonra Daxili İşlər Nazirliyinin rəsmiləri və İngiltərə parlamentinin bəzi üzvlərinin İran İslam Respublikasına qarşı son iddialarını tamamilə rədd edib.

Yusifi vurğuladı: Bir sıra iranlı vətəndaşların şübhəli şəkildə həbs edilməsindən sonra İngiltərə parlamentində İran İslam Respublikasına qarşı verilən polis açıqlamaları və bəyanatları onların fundamental hüquq normaları və insan haqlarına etinasızlıqlarını göstərir.

Xarici işlər nazirinin köməkçisi bir neçə İran vətəndaşının həbsi ilə yanaşı, İrana qarşı ittihamları İran vətəndaşlarının həbsində siyasi motivlərin olması şübhəsini gücləndirmək hesab edib və əlavə edib: “Bəzi İngiltərə siyasətçiləri və rəsmilərinin xoşagəlməz vərdişləri İran İslam Respublikasına qarşı əsassız və sənədsiz iddiaları təkrarlaması, şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərə zərər verir və iranlıların İngiltərə hökumətinə qarşı tarixi etimadsızlıq və şübhələrini daha da artırır və bunun məsuliyyəti İngiltərə hökumətinin üzərinə düşür.

Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Əlirza Yusifi habelə İran İslam Respublikasına qarşı əsassız ittiham kampaniyasının mənfi təsirləri və nəticələri barədə xəbərdarlıq edərək, İran vətəndaşlarının həbsinin səbəbləri və onlara konsulluq imkanları barədə dərhal və dəqiq məlumatın verilməsini istəyib və onlara qarşı ədalətli mühakimə prinsiplərinə riayət edilməsinin vacibliyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .