7 may 2025 at 13:47
Jurnalist kodu: 5564
Xəbər kodu: 85825944
T T
0 Persons
Əraqçi: Fars körfəzinin tarixi adının dəyişdirilməsinin siyasi motivləri bütün iranlılar üçün təhqirdir

Tehran - İRNA - ABŞ prezidentinin Fars körfəzinin adını saxtalaşdırmaq cəhdi ilə bağlı bəzi şayiələrə münasibət bildirən xarici işlər naziri deyib: Fars körfəzinin tarixi adının dəyişdirilməsinin siyasi motivləri İran və onun xalqına qarşı düşmənçilik niyyətindən xəbər verir və qəti şəkildə pislənir. Bu cür qərəzli hərəkətlər mənşəyindən və yaşayış yerindən asılı olmayaraq bütün iranlılara qarşı təhqirdir.

Xarici işlər naziri Seyid Abbas Əraqçi “X” sosial şəbəkəsində ABŞ prezidentinin Fars körfəzinin adını saxtalaşdırma ehtimalı ilə bağlı bəzi şayiələr haqqında yazıb: “Fars körfəzi, bir çox coğrafi adlar kimi, bəşər tarixində dərin köklərə malikdir. İran heç vaxt Oman dənizi, Hind okeanı, Ərəbistan dənizi və ya Qırmızı dəniz kimi adların istifadəsinə etiraz etməyib. Bu adların istifadəsi hər hansı bir millətin mülkiyyətini ifadə etmir, əksinə, bəşəriyyətin kollektiv irsinə ümumi hörməti nümayiş etdirir.

Xarici işlər naziri vurğulayıb: Bunun əksinə olaraq, Fars körfəzinin tarixi adının dəyişdirilməsinin siyasi motivləri İran və onun xalqına qarşı düşmənçilik niyyətindən xəbər verir və qəti şəkildə pislənir. Bu cür qərəzli hərəkətlər mənşəyindən və yaşayış yerindən asılı olmayaraq bütün iranlılara qarşı təhqirdir.

O, ümid etdiyini bildirib ki, Fars körfəzinin adı ətrafında gedən gülünc söz-söhbətlər bütün dünyada iranlıları qəzəbləndirmək və təhrik etmək üçün “həmişə müharibə qızışdıran” şəxslərin dezinformasiya kampaniyasından başqa bir şey deyil.

Əraqçi vurğulayıb: Əminəm ki, ABŞ prezidenti Fars körfəzi adının əsrlər boyu mövcud olduğunu və bütün kartoqraflar və beynəlxalq qurumlar tərəfindən tanındığını və hətta 1960-cı illərin sonlarına qədər bütün region liderlərinin rəsmi yazışmalarında istifadə etdiyini bilir.

O, bununla bağlı hər hansı dardüşüncəli addımın heç bir hüquqi və coğrafi əsası və nəticəsi olmayacağını bildirərək yazıb: Bu hərəkət təkcə İranda deyil, həm də ABŞ-da və bütün dünyada müxtəlif təbəqələrdən və siyasi əqidələrdən olan bütün iranlıları qəzəbləndirəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .