7 may 2025 at 13:55
Jurnalist kodu: 5564
Xəbər kodu: 85825964
T T
0 Persons
İran Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı ciddi narahatlığını ifadə edib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı ciddi narahatlığını ifadə edərək, hər iki tərəfi təmkinli olmağa çağırıb.

İsmayıl Bəqai İran İslam Respublikasının ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyi və dövlətlərarası münasibətlərdə güc tətbiqindən çəkinməsi ilə bağlı prinsipial mövqeyinə toxunaraq, İranla qədim əlaqələrə və dostluğa malik iki böyük ölkə olan Pakistan və Hindistan arasında gərginliyin və münaqişənin artmasının ciddi narahatlığına səbəb olduğunu bildirib, tərəflərin gərginliyi azaltmaq və vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün təmkin nümayiş etdirəcəyinə və üçüncü tərəflərin, xüsusilə də sionist rejimin bu vəziyyətdən sui-istifadə etməsinin qarşısını alacağna ümidvar olduğunu ifadə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .