7 may 2025 at 16:38
Jurnalist kodu: 5564
Xəbər kodu: 85826159
T T
0 Persons
Pezeşkiyan: Bacarığı, biliyi, motivasiyası, İran sevgisi olanların hamısı meydana çıxmalıdır

Tehran - İRNA - Prezident ölkədə bacarığı, biliyi, motivasiyası və İrana sevgisi olanların hamısının meydana çıxmalı olduğunu bəyan edərək vurğulayıb: “Hamımız əl-ələ versək və əməkdaşlıq etsək, ölkənin problemləri həll olunacaq.”

Məsud Pezeşkiyan dünən axşam (çərşənbə axşamı) parlament məsələləri üzrə keçmiş müavini Şəhram Dəbirinin təqdir edilməsi və Prezidentin strateji məsələlər və parlament işləri üzrə hazırkı köməkçisi Möhsin İsmayılının təqdim edilməsi mərasimində Dəbiri ilə keşmiş tanışlığına toxunaraq deyib: “Dəbiri bacarıqlı insandır, İrandan kənarda da yaxşı yaşaya bilərdi, amma vətənində yaşamağı seçdi və ölkəsinin xalqına xidmət etmək üçün çalışdı.”

Cənab Dəbiri ilə qardaşlığımızın və dostluğumuzun davam edəcəyini vurğulayan Pezeşkiyan əlavə edib: “Cənab Dəbiriyə prezidentliyin ona verdiyi bu vəzifələr, hüquqlar lazım deyil, ola bilsin ki, bəzi problemləri həll etmək üçün öz cibindən xərcləyib. O, kasıblara kömək edən bir insandır, özəl xəstəxanası olsa da, ehtiyacı olanlara çox dəyərli yardımlar edir.”

Prezident həmçinin Məhəmməd Cavad Zərifin Prezidentin strateji məsələlər üzrə köməkçisi kimi göstərdiyi səyləri yüksək qiymətləndirərək bildirib: “Cənab Zərif Amerikadan İrana qayıtdı, hətta Amerikanın qarşısında dayanaraq ölkənin və xalqın maraqlarını dəstəklədi. Buna görə də Amerikanın sanksiyalarına məruz qaldı. Ancaq bəziləri ciddi səylə onun strateji məsələlər üzrə köməkçi vəzifəsində qalmamasını təkid etdilər. Hər halda, Zərifin səylərini yüksək qiymətləndiririk və onun məsləhətçi fikirlərindən istifadə edəcəyik.”

Prezident vurğulayıb: “Hamımız əl-ələ verməliyik ki, ölkəni izzət və qürurunu yüksəldək, Ali Məqamlı Rəhbərin nəzərdə tutduğu perspektivlik sənədinin məqsədlərinə nail olaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .