Bu səfər zamanı Hindistanın yüksək səviyyəli rəsmiləri ilə iki ölkəni maraqlandıran məsələlərlə bağlı məsləhətləşmələrdən əlavə, İran İslam Respublikası və Hindistanın xarici işlər nazirləri Seyid Abbas Əraqçi və Subrahmanyam Cayşankarın sədrliyi ilə İran-Hindistan Müştərək İqtisadi Komissiyası da keçiriləcək, iki ölkə arasında iqtisadi sazişlərin icrasının son vəziyyəti araşdırılacaq və izlənəcək.

Xarici İşlər naziri Seyid Abbas Əraqçi Hindistanın yüksək səviyyəli rəsmiləri ilə görüşmək, ikitərəfli məsələlər, regional və beynəlxalq hadisələrlə bağlı məsləhətləşmələr aparmaq üçün bu gün, çərşənbə axşamı diplomatik nümayəndə heyətinin müşayiəti ilə Nyu-Dehliyə yola düşüb.
Sizin rəyiniz