10 may 2025 at 11:40
Jurnalist kodu: 5564
Xəbər kodu: 85828354
T T
0 Persons

İRNA-nın baş direktoru Dohaya yola düşüb

10 may 2025 at 11:40
Xəbər kodu: 85828354
İRNA-nın baş direktoru Dohaya yola düşüb

Tehran - İRNA - İslam Respublikası Xəbər Agentliyinin baş direktoru İran-Ərəb danışıqlarının dördüncü raundunda iştirak etmək və Qətərin media qruplarının yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün Dohaya gedib.

İslam Respublikası Xəbər Agentliyinin baş direktoru və İran Mətbuat və Mədəniyyət İnstitutunun İdarə Heyətinin sədri Hüseyn Cabiri Ənsari 10 may 2025-ci il şənbə günü üç günlük Qətərə səfər etmək üçün bu səhər Tehrandan Dohaya yola düşüb. Bu səfər zamanı Cabiri Ənsari İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının və Qətərdəki Əl-Cəzirə Araşdırmalar Mərkəzinin iştirakı ilə keçiriləcək İran-Ərəb dialoqlarının dördüncü raundunda iştirak edəcək, Əl-Cəzirə kanalı və Əl-Cəzirə media qruplarına baş çəkəcək və bu iki media qrupunun yüksək vəzifəli şəxsləri ilə birgə əməkdaşlıq barədə müzakirə və fikir mübadiləsi aparacaq.

İRNA-nın baş direktoru Qətər Xəbər Agentliyinə səfəri zamanı qətərli həmkarı ilə də görüşəcək və İslam Respublikası Xəbər Agentliyi ilə Qətərin rəsmi Xəbər Agentliyi arasında ortaq əməkdaşlığa dair anlaşma memorandumu imzalayacaq.

İran-ərəb dialoqlarının dördüncü raundu bu axşam Rotana mehmanxanasının konfrans zalında İran İslam Respublikasının keçmiş xarici işlər naziri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Seyid Kamal Xərrazi və Qətərin Xarici İşlər üzrə Dövlət Naziri Məhəmməd Əl-Xuleyfinin çıxışları ilə işə başlayacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .