Məsud Pezeşkiyan bu gün (12 may) günorta saatlarında Özbəkistanın Baş naziri Arif Arifovla görüşdə iki ölkə arasında genişlənən əlaqələrdən məmnunluğunu ifadə edərək deyib: “İran və Özbəkistan eyni bədənin üzvləridir və bizim tarix, mədəniyyət, dil və inanc sahələrində çoxlu ortaqlıqlarımız vardır. Coğrafi sərhədlər iki ölkənin xalqını ayıra bilməyib və ayıra da bilməz.”
Prezident İran və Özbəkistanın rəsmi şəxsləri və xalqları arasında səfərlərin artırılmasının qarşılıqlı əlaqələrin gücləndirilməsi və əlaqələrin səviyyəsinin yüksəldilməsi baxımından təsirli olduğunu bildirərək deyib: “İki ölkə arasında əməkdaşlığın və əlaqələrin genişləndirilməsi və təkmilləşdirilməsi üçün çoxlu imkanlar var. İran və Özbəkistan iki ölkə və iki xalq arasında geniş ortaqlıqlara arxalanaraq bütün sahələrdə əlaqələrini gücləndirə bilərlər.”
Pezeşkiyan İran hökumətinin və xalqının özbək əsilli insanlara qucaq açmasını qeyd edərək deyib: “Münasibətləri dərinləşdirmək və təcrübə, imkanlar və qarşılıqlı nailiyyətləri mübadilə etməklə biz ölkələrimizin xalqına daha çox rahatlıq və firavanlıq, regiona isə daha çox sülh, təhlükəsizlik və sabitlik töhfə verə bilərik.”
Sizin rəyiniz