Xarici işlər naziri Seyid Abbas Əraqçi X hesabında yazıb: "İran ABŞ-dan nə birbaşa, nə də dolayısı ilə heç bir yazılı təklif almayıb."
Əraqçi sonra yazıb: "Bu arada, bizim və dünyanın qəbul etdiyi mesajlar çaşqın və ziddiyyətli olaraq qalır. Bununla belə, İranın mövqeyi qəti və aydın olaraq qalır: Hüquqlarımıza hörmət edin və sanksiyaları dayandırın; bu halda razılaşma olacaq."
Xarici İşlər naziri bildirib: "Bunu açıq deyim: İranın sülhməramlı məqsədlərlə zənginləşdirmək hüququndan imtina edəcəyi heç bir ssenari yoxdur, hansı ki, bunu çox çətinliklə əldə etmişdir. Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin bütün digər üzvlərinin də bu hüququ vardır."
Əraqçi sonda vurğulayıb: “Böyük İran xalqı öz hökmranlığını tətbiq etməyə cəhd edənlərə qarşı öz gücünü və möhkəmliyini nümayiş etdirmışdir. Biz həmişə qarşılıqlı hörmətə əsaslanan dialoqu alqışlayırıq və zorakılığın istənilən formasını həmişə rədd edirik."
Sizin rəyiniz