Bu qüvvələrin yaydığı bəyanatda deyilir: Bu hərəkət sionist rejimin vəhşi hücumlarının genişlənməsinə və Qəzzə xalqının mühasirəsinə və onlara qarşı aclıq siyasətinin davam etdirilməsinə cavabdır.
Bu qüvvələr xəbərdarlıq edib ki, Hayfa limanı bu bəyanatın verilməsindən sonra rəsmi olaraq Yəmənin hərbi hədəf bankına daxil olub. Həmçinin, gəmiləri Hayfa limanında olan və ya bu limana gedən bütün şirkətlərdən elan edilmiş tədbirləri və xəbərdarlıqları ciddi qəbul etmələri istənilib.
Yəmən silahlı qüvvələri məzlum Fələstin xalqına və onun nəcib müqavimətinə dəstək olaraq bundan sonra da hər hansı addım atmaqdan çəkinməyəcəklərini vurğulayıb.
Bəyanat Qəzzəyə qarşı təcavüzün tamamilə dayandırılması və bölgənin mühasirəsinin götürülməsi ilə sionist rejimlə bağlı bütün hərəkət və qərarların dayandırılacağı ilə yekunlaşır.
Yəmən Silahlı Qüvvələri Hayfa limanında dəniz mühasirə planının başladığını elan edib
20 may 2025 at 10:36
Xəbər kodu:
85838392

Tehran - İRNA - Yəmən silahlı qüvvələri rəhbərliyin əmri əsasında və Allaha təvəkküllə Hayfa limanında dəniz blokadası planını həyata keçirməyə başladıqlarını açıqlayıb.
Sizin rəyiniz