21 may 2025 at 16:36
Jurnalist kodu: 5564
Xəbər kodu: 85839974
T T
0 Persons
Arif: İran elm və texnologiyanın inkişaf strategiyasında heç kimdən göstəriş almır

Tehran - İRNA - Birinci vitse-prezident İranın elm və texnologiyanın inkişafı strategiyasında heç kimdən əmr almadığını vurğulayaraq deyib: “Nüvə silahı istehsalının İslam Respublikasının müdafiə doktrinasında yeri yoxdur və Qərb ölkələri və Amerika mediası bu məsələdən yaxşı xəbərdardır.”

Məhəmməd Rza Arif bu gün (çərşənbə) səhər saatlarında hökumətin iclasında Amerika başçılarının İranın sıfır zənginləşdirmə ilə bağlı mövqeyinin ilk olmadığını və sonuncu da olmayacağını bəyan edərək deyib: “Əgər biz öz torpağımızda zənginləşdirmənin qarşısını almağa çalışsaydıq, son onilliklərdə ABŞ-ın sərt və qəddar sanksiyalarına dözməyə ehtiyac qalmazdı.”

“Amerika rəsmilərinin açıqlamaları ziddiyyətlidir, çünki dolayı danışıqlarda zənginləşdirmə ilə bağlı məsələlər qaldırsalar da, danışıqlar masasından kənarda, media mühitinin və ya fikri yemin təsirinə məruz qalaraq və sionist rejimi sakitləşdirmək üçün başqa məsələlər qaldırırlar” - deyə, o, əlavə edib.

Birinci vitse-prezident vurğulayıb: “İran İslam Respublikası dolayı danışıqlarda qeyd olunan eyni yolla gedir və İran İslam Respublikası rejiminin qırmızı xətti İran torpaqlarında zənginləşdirmədir. Biz nüvə silahı ardınca deyilik, lakin digər texnologiyalar kimi ölkənin bütün nüvə potensialından inkişaf və tərəqqi məqsədləri üçün istifadə edəcəyik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .