22 may 2025 at 14:45
Jurnalist kodu: 5564
Xəbər kodu: 85840686
T T
0 Persons
İran: Xəzər dənizinin suyunun azalması probleminin həlli üçün xüsusi işçi qrupu yaradılsın

Moskva - İRNA - Ümumdünya Ətraf Mühit Konqresində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edən Prezidentin köməkçisi və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Xəzər dənizində suyun səviyyəsinin azalması prosesinə toxunaraq, bu prosesi idarə etmək üçün praktiki plan hazırlamaq məqsədilə bütün sahilyanı ölkələrin iştirakı ilə xüsusi regional işçi qrupunun yaradılmasını istəyib.

Mayın 22-də keçirilən bu sammitdə “İqlim dəyişikliyi, Xəzər böhranı və regional həmrəyliyin zəruriliyi” mövzusunda ixtisaslaşdırılmış toplantıda çıxış edən Şina Ənsari İran İslam Respublikasının bu xüsusi regional işçi qrupunun yaradılması təklifini irəli sürərək deyib: “Yaradılacaq işçi qrupu birgə layihələrin həyata keçirilməsi üçün lazımi koordinasiyanı təmin edə bilər.”

Prezidentin köməkçisi bu iclasda Xəzər dənizi ölkələrinə təklif edib ki, bu ölkələr su və torpaqdakı dəyişiklikləri davamlı olaraq izləyən vahid monitorinq sistemi yaratsınlar.

“Ekoturizm və balıq ehtiyatlarının bərpası kimi alternativ davamlı dolanışıq proqramlarının hazırlanması da Xəzər ekosisteminə təzyiqi azaltmağa kömək edə bilər. Bataqlıqların bərpası layihələrinin həyata keçirilməsi və qurumuş sahil ərazilərində yerli bitki örtüyünün əkilməsi də mühüm tədbirlərdir” - deyə, xanım Ənsari qeyd edib.

İran: Xəzər dənizinin suyunun azalması probleminin həlli üçün xüsusi işçi qrupu yaradılsın

Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Sammitdəki çıxışının ilk hissəsində Rusiyanın sammitə ev sahibliyi etməsini təqdir edərək deyib: “Əsrlər boyu regionumuz üçün həyat və kimlik mənbəyi olan bu nadir təbii sərvət Xəzər dənizi bu gün görünməmiş təhlükə altındadır.”

Onun sözlərinə görə, iqlim dəyişikliyi və qeyri-davamlı insan fəaliyyətinin ölümcül birləşməsi bu qiymətli su yolunu ekoloji fəlakətə doğru itələyib.

Ənsari xəbərdarlıq edib: “Statistika göstərir ki, Xəzər dənizinin suyunun səviyyəsi qorxulu sürətlə azalır. Belə ki, 2050-ci ilə qədər onun dərinliyinin daha 18 metr azala biləcəyi proqnozlaşdırılır.”

O qeyd etdi: "Bu böhran özü ilə dağıdıcı nəticələr zəncirini gətirmişdir. Milyonlarla insanın dolanışığının asılı olduğu balıqçılıq və turizm sənayesinə dəyən zərərdən tutmuş, nəsli kəsilmək ərəfəsində olan nərə balıqları və Xəzər suitiləri kimi nadir növlərin təhlükəsinə qədər. Dəniz dibinin tədricən quruması əhalinin sağlamlığını və kənd təsərrüfatı torpaqlarının münbitliyini təhdid edən yeni toz mərkəzləri yaratmışdır. Ənzəli və Miyanqala kimi dəyərli beynəlxalq bataqlıq ərazilər də ciddi şəkildə məhv olmaq təhlükəsi altındadır."

Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri qeyd edib ki, bu çağırışların da regional əməkdaşlıq və həmrəylik yolu ilə həll oluna biləcək həll yolları var. Tehran Konvensiyası regional ekoloji əməkdaşlığın çərçivəsi kimi praktiki fəaliyyət üçün güclü alət ola bilər və olmalıdır.

Ənsari deyib: “Bu gün bizim siyasi sərhədləri və mümkün fərqlilikləri aşan bu unikal təbii sərvəti xilas etmək üçün əl-ələ verib çalışmağın vaxtı çatıb.”

Vitse-prezident əlavə etdi: Prezidentin köməkçsi deyib: “Bu məqsədlə İran İslam Respublikası gələn ilin yayında Tehran Konvensiyasının yeddinci iclasına ev sahibliyi etməyə hazır olduğunu bəyan edir ki, bu böhranla mübarizə üçün üzv ölkələrin ətraf mühit nazirləri səviyyəsində lazımi qərarlar qəbul olunsun.”

“Bu çağırış qarşısında bizim ümumi taleyimizi siyasi sərhədlər müəyyən edə bilməz. Xəzərin xilası uşaqlarımızın ümumi gələcəyini xilas etmək və regionun tarixi-mədəni kimliyini qoruyub saxlamaq deməkdir. Bu gün əminliklə bəyan edək ki, bizim nəsil Xəzər dənizinin əzəmətini və bərəkətini görən sonuncu nəsil olmayacaq” - xanım Ənsari bildirib.

İran: Xəzər dənizinin suyunun azalması probleminin həlli üçün xüsusi işçi qrupu yaradılsın

0 Persons

Sizin rəyiniz

You are replying to: .