Tehrandan verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl federal qüvvələrlə miqrasiya siyasətinə etiraz edənlər arasında gərginlik zamanı Milli Qvardiyanın yerləşdirilməsi əmrini vermişdi. Bu göstərişin ardınca Kaliforniya Milli Qvardiyasının qüvvələri yerli vaxtla səhər saat 4-də Los Ancelesin mərkəzinə gəlib.
ABC News saytının məlumatına görə, qvardiyanın bir neçə avtomobili "Ədalət Sarayı" (Hall of Justice) binasının qarşısında, Şəhər Meriyasının (City Hall) yaxınlığında dayanıb.
Tramp dünən – polisin zorakılığı və immiqrasiya qaydalarının pozulmasına görə baş verən həbslərdən sonra başlayan etirazların ikinci günü – 2000 nəfərlik Milli Qvardiya qüvvəsini etirazçılara qarşı göndərəcəyini bildirib.
Amma Los Ancelesin meri Karen Bass bu qərarı "tamamilə lazımsız" adlandıraraq, bunun vəziyyəti daha da gərginləşdirəcəyini deyib.
Sizin rəyiniz