İranın nüvə proqramı da təsirli və irəliləyən addımlarla davam edəcək.
Qəribabadi həmçinin “tətik mexanizminin” aktivləşdirilməsi ilə bağlı hədələrlə əlaqədar sualı cavablandırarkən deyib: tətik mexanizmi ilə bağlı demək lazımdır ki, hazırda əslində “Birgə Hərəkət Planı” (BƏRCAM) adlı bir razılaşma mövcud deyil. Qarşı tərəflər – xüsusən ABŞ və Avropa ölkələri – illərdir öhdəliklərinə əməl etmirlər və faktiki olaraq bu öhdəliklər dayandırılıb. Hüquqi baxımdan bu ölkələrin BMT Təhlükəsizlik Şurasına məsələni yönləndirmək və əvvəlki sanksiya qətnamələrini bərpa etmək hüquqları yoxdur. Onlar da yaxşı bilirlər ki, bu cür hüquqi əsası olmayan addımlar sırf siyasi və düşmən niyyətli səbəblərlə atılır.
Bununla belə, İran İslam Respublikası belə addımlar qarşısında əl-qolu bağlı oturmayacaq. İran qarşıdurma və yeni gərginliklər istəməsə də, lazım gəldikdə milli maraqları çərçivəsində müvafiq cavabları verəcək.
Sizin rəyiniz