12 iyun 2025 at 13:46
Jurnalist kodu: 5564
Xəbər kodu: 85859951
T T
0 Persons
Beynəlxalq Atom Enerjisi Agentliyinin Qubernatorlar Şurasının qətnaməsinə cavab olaraq Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının birgə bəyanatı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatı ABŞ və üç Avropa ölkəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qubernatorlar Şurasında qətnamənin təsdiqi istiqamətində hərəkətini pisləyir və bu hərəkəti şuranın siyasi məqsədlərə söykənən, texniki və hüquqi əsasları olmayan bir alət kimi təkrar istifadə etməsi hesab edir.

İran İslam Respublikası həmişə öz mühafizə öhdəliklərinə sadiq qalıb və indiyədək BAEA-nın heç bir hesabatında İranın öz öhdəliklərinə əməl etmədiyi və ya İranın nüvə materialları və fəaliyyətlərində sapmalara yol verməsi qeyd edilməyib.

BAEA-nın hesabatını tamamilə siyasi və qərəzli hesabat hesab etsək də, bu dörd ölkə hətta daha da irəli gedərək, əsas müddəaları Baş direktorun sözügedən siyasi hesabatına zidd olan qətnamə layihəsi hazırlayıblar.

Bu ölkələr öz siyasi məqsədlərini güddükləri və İranın hazırkı nüvə fəaliyyətlərində heç bir qeyri-müəyyənlik tapmadıqları üçün 25 ildən çox əvvələ aid iddialara gedərək bəzilərini yenidən vurğulamağa çalışıblar, eyni zamanda BAEA-nın 2015-ci ilin noyabrında qəbul etdiyi qərara əsasən keçmişlə bağlı bütün iddialar bağlanıb.

Dörd ölkənin bu hərəkətləri sionist rejimin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən kənarda qalması və nüvə silahları da daxil olmaqla, kütləvi qırğın silahları proqramını inkişaf etdirməsinə səssiz qaldıqları və rejimin müqavilənin üzvü olan ölkənin dinc nüvə obyektlərinə hücumla hədələmələri ilə bağlı heç bir tədbir görmədikləri bir vaxtda baş verir.

Digər tərəfdən, ABŞ, İngiltərə və Fransa Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin 6-cı maddəsinin nüvə tərksilahı ilə bağlı öhdəliklərini yerinə yetirməyiblər və Almaniya da bu ölümcül və qeyri-insani silahlara ev sahibliyi edir.

Dörd ölkənin bu hərəkəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin etibarını və nüfuzunu tamamilə şübhə altına aldı və bu beynəlxalq qurumun siyasi mahiyyətini əvvəlkindən də çox üzə çıxardı. Həmişə üzərinə götürdüyü öhdəliklərə sadiq qalan və BAEA ilə geniş əməkdaşlıq edən bir ölkəyə bu siyasi yanaşma bizi cəlb etmə və əməkdaşlıq siyasətinin əks-məhsuldar olduğu qənaətinə gətirir.

Bu baxımdan, bu qətnaməyə mənfi səs verən və ya bitərəf qalan Qubernatorlar Şurasının üzvü olan dövlətlərə təşəkkür etməklə yanaşı, müsbət səs verən ölkələrin siyasi fəaliyyətini pisləyir və çirkin addım hesab edirik.

Əvvəlcədən elan etdiyimiz kimi, İran İslam Respublikasının bu siyasi qətnaməyə cavab verməkdən başqa yolu yoxdur.

Bununla əlaqədar olaraq, Enerji Təşkilatının rəhbəri tərəfindən təhlükəsiz yerdə yeni zənginləşdirmə mərkəzinin işə salınması və Şəhid Dr.Əli Məhəmmədi (Fordo) uranın zənginləşdirilməsi mərkəzindəki birinci nəsil dəzgahların qabaqcıl altıncı nəsil maşınlarla əvəzlənməsi üçün lazımi sərəncamlar verilib.

Digər tədbirlər də planlaşdırılır və daha sonra elan ediləcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .