13 iyun 2025 at 19:31
Jurnalist kodu: 5561
Xəbər kodu: 85861967
T T
1 Persons

İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

13 iyun 2025 at 19:31
Xəbər kodu: 85861967
İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Sionist rejimin İranın ərazi bütövlüyü və milli suverenliyini kobud şəkildə pozması və ölkəmizin bir neçə nöqtəsinə, o cümlədən Nətənz nüvə obyektlərinə, bir sıra hərbi bazalara və yaşayış binalarına vəhşicəsinə hücum etməsi nəticəsində bir neçə yüksək rütbəli hərbi komandir, universitet müəllimi, günahsız qadın və uşaq şəhid və yaralanıb. Bu hadisənin ardından ABŞ-nin maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfiri xanım Nadin Lozano, İran Xarici İşlər Nazirliyinin Amerika üzrə baş direktoru və nazir köməkçisi İsa Kameli tərəfindən Nazirliyə çağırılıb və İsrailin bu təcavüzkar əməli və ABŞ-ın ona dəstəyi ilə bağlı İran İslam Respublikasının dərin narazılığı və etirazı çatdırılıb.

İsa Kameli bildirib ki, sionist rejimin İran dövlətinə qarşı hərbi təcavüzü bütün beynəlxalq qaydaları və BMT Nizamnaməsini pozur. O, ABŞ-ın bu rejimə göstərdiyi hərtərəfli dəstəyi xatırladaraq, İsrailin bu macərapərəst və təhlükəli davranışlarının nəticələrinə görə ABŞ-ın məsuliyyət daşıdığını vurğulayıb.

O, ABŞ-ın İsrailə hərbi dəstəyi, o cümlədən İranın qanuni özünü müdafiə hüququna mane olmaq cəhdlərinə dair xəbərdarlıq edib və bildirib ki, bu cür təcavüzkar addımların ABŞ-ın razılığı və ya azı səssiz razılığı olmadan həyata keçirildiyini düşünmək mümkün deyil. Buna görə də ABŞ bu qanunsuz hərəkətlərə görə cavab verməlidir.

İsveçrə səfiri bildirib ki, bu məsələləri dərhal ABŞ hökumətinə çatdıracaq.

1 Persons

Sizin rəyiniz

You are replying to: .