Bu mesajın tam mətni belədir:
Rəhman və Rəhim olan Allahın adı ilə
Ölkəmizin əziz və böyük xalqına salamlarımı çatdırıram. Təbii ki, hər kəs üçün ağır olan əziz general və alimlərimizin və bir sıra mülki şəxslərin şəhadəti münasibətilə İran xalqını və şəhidlərin ailələrini təbrik edir və onlara başsağlığı verirəm. Ümid edirik ki, Allah-taala onların dərəcələrini yüksəldəcək və pak ruhlarına Öz xüsusi lütfünü nəsib edəcəkdir.
Amma, mənim əziz millətimizlə bölüşmək istədiyim odur ki, sionist rejim böyük bir səhvə yol verdi, böyük bir xəta etdi və bunun nəticəsi inşallah onu bədbəxt edəcək. İran xalqı dəyərli şəhidlərin qanından keçməyəcək, ölkəsinin səmasına təcavüzə göz yummayacaq. Silahlı qüvvələrimiz hazırdır, silahlı qüvvələrin arxasında ölkə rəsmiləri və bütün xalq dayanır. Bu gün ölkənin bütün müxtəlif siyasi qruplarından və ölkənin müxtəlif yerlərindən oxşar mesajlar verildi. Hər kəs hiss edir ki, biz əclaf sionist terrorçunun şər kimliyinə qarşı güclə hərəkət etməliyik.
Biz güclə hərəkət etməliyik, inşallah, güclə hərəkət edəcəyik və onlara heç bir güzəştə getməyəcəyik. Şübhəsiz ki, həyat onlar üçün acı olacaq. Elə düşünməsinlər ki, vurdular və bitdi. Xeyr, işi onlar başladılar və müharibəyə başladılar. Biz onların törətdikləri bu böyük cinayətdən yaxa qurtarmalarına imkan verməyəcəyik. Şübhəsiz ki, İslam Respublikasının silahlı qüvvələri bu şər düşmənə ağır zərbələr vuracaq. Millət də bizim dəstəkçimizdir, silahlı qüvvələrə dəstək verir və İslam Respublikası Allahın izni ilə sionist rejimi məğlub edəcək.
Əziz əhali bunu bilsinlər və arxayın və əmin olsunlar ki, bu məsələdə heç bir səhlənkarlıq olmayacaq.
Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh
Sizin rəyiniz