13 iyun 2025 at 21:50
Jurnalist kodu: 5561
Xəbər kodu: 85862082
T T
0 Persons
Prezident Dr. Pəzeşkiyan: Sionist rejimin hücumları mütləq cavabsız qalmayacaq / Putin: Bu hücumlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və pisləyirik

Prezident Dr. Məsud Pəzeşkiyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib: Sionist rejimin ölkəmizə qarşı hücumu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və mütləq münasib cavabını alacaq.

Vladimir Putin cümə günü axşam İran Prezidenti ilə telefonla danışaraq sionist rejimin İran ərazisinə hücumlarını qınayıb, bir sıra mülki vətəndaşların, nüvə alimlərinin və hərbi rəsmilərin şəhid olması münasibətilə İran xalqına və dövlətinə başsağlığı verib və öz həmrəyliyini bildirib.

Rusiya Prezidenti əlavə edib ki, bu hücumlara dair narahatlığını sionist rejim rəsmilərinə çatdırıb və bu hərəkətlərin beynəlxalq hüquq və qaydaların açıq şəkildə pozulması olduğunu vurğulayıb. O, həmçinin Rusiyanın gərginliyini dayandırılması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Prezident Pəzeşkiyan da telefon zəngi və həmrəylik üçün Rusiya Prezidentinə təşəkkür edərək qeyd edib ki, sionist rejim 14-cü hökumətin fəaliyyətə başladığı ilk gündən, ölkəmizin rəsmi qonağı olan şəhid Həniyənin terroru ilə bölgədə qarşıdurma yaratmaq niyyətində olub. İranın nüvə silahı əldə etmək niyyətində olmadığını dəfələrlə açıqladığını və bu məsələ ilə bağlı beynəlxalq hüquqi qurumlara zəmanət verməyə hazır olduğunu da vurğulayıb.

Prezident sonda bir daha bildirib: Sionist rejimin hücumları beynəlxalq hüququn açıq pozuntusudur və mütləq cavabını alacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .