General Radan əlavə edib: “Sionist rejimin təxribatlarına və İslam İnqilabı Keşikçiləri Korpusunun qəti cavablarına paralel olaraq, daxildəki agentlərin və casusların fəallığı artdı. Lakin xalqın fəal əməkdaşlığı və polisin – xüsusilə 110 telefon xəttinə daxil olan məlumatlar əsasında – ardıcıl əməliyyatlarla bu xainlər aşkarlanıb və tutuldu.”
General sözünün davamda vurğulayıb: “Dünən açıqlanan hallardan əlavə, ötən gecə Rey şəhərində xalqın məlumatı əsasında keçirilən polis əməliyyatı nəticəsində bir məkanda 200 kiloqramdan çox partlayıcı maddə, işləməyə hazır dron və mikro-uçan aparat ələ keçirildi. Onlarla əlaqəli olan, bu texnikanı təhvil verməyə və daşımağa məsul şəxslər də saxlanılıb.”
Bu hadisə, ölkədaxili təhlükəsizlik orqanlarının və xalqın birgə əməkdaşlığının milli təhlükəsizliyi təmin etməkdə nə qədər əhəmiyyətli rol oynadığını bir daha göstərdi.
Son üç gündə Tehranda baş verən partlayış və dağıntıların əksəriyyəti, Mossada bağlı qüvvələrin İran daxilində hazırladığı həmin dron və mikro-uçan aparatların zərbəsi nəticəsində baş verib.
İsrail bu hücumların döyüş təyyarələri vasitəsilə həyata keçirildiyini iddia etsə də, hərbi analitiklər və hava hücumundan müdafiə qüvvələri bu iddianı təkzib ediblər.
Sizin rəyiniz