-
Şəhid Milad Beydi ilə vida mərasimi
İranın Suriya və Livandakı hərbi müşaviri şəhid Milad Beydi ilə vida mərasimi cümə günü (2 avqust) günortadan sonra Şəhidlər Meracında keçirilib. Şəhid Beydi sionist rejimin Livanın cənubundakı Dahiya bölgəsinə hücumunda şəhid olub.
-
Şəhid İsmayıl Həniyyənin şəhadət gecəsindən yeni təfərrüatlar
HƏMAS-ın İrandakı nümayəndəsi Xalid əl-Qədumi İsmayıl Həniyyənin şəhadət gecəsinin yeni təfərrüatlarını açıqlayıb.
-
Hizbullah sionist rejimin hərbi bazalarına raket zərbəsi endirdi
Tehran - İRNA - Livan Hizbullahı sionist rejim ordusunun bu ölkənin cənub kəndlərinə hava hücumlarına cavab olaraq, işğal altındakı Fələstinin şimalındakı işğalçıların hərbi bazalarına raket zərbələri endirib.
-
Arif Qətər Əmiri ilə görüşdü
Tehran - İRNA - Qətər Əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə Ali-Sani Prezidentin Birinci müavini ilə görüşündə regional və beynəlxalq hadisələri müzakirə edib.
-
Baqiri TŞ-də sionist rejimin qınanmamasını tənqid edib - Borrel: Qanuni müdafiə İranın haqqıdır
Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsi Cozef Borell ilə telefon danışığında sionist rejimin HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin şəhadətində törətdiyi terror aktı, İran İslam Respublikasının milli təhlükəsizliyinin pozulmasında bu böyük cinayətin siyasi və təhlükəsizlik nəticələri, həmçinin regional sabitliyin pozulmasının nəticələri ilə bağlı müzakirə aparıb.
-
Kənani: İsrail tüğyankar rejimi ədalətsevər xalqların və hökumətlərin qəzəbinə tuş gələcək
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi sosial şəbəkədə sionist rejimin Fələstində müharibə cinayətləri və soyqırımı davam etdirməsi, bölgədə və dünyada terroru inkişafı etdirməklə Fələstin, region və dünya xalqlarının qəlbində qəzəb və nifrət toxumu səpdiyinə işarə edərək yazıb: “Tüğyankar və irqçi İsrail rejiminin dünyanın ədalətsevər xalqları və hökumətlərinin qəzəb və atəş fırtınalarına tuş gələcəyi çox da uzaq deyil.”
-
Türkiyə, Yəmən, İndoneziya və Fələstin xalqı İsmayıl Həniyyə üçün namaz qıldı
Tehran - İRNA - Türkiyə və Yəməndən olan minlərlə insan cümə günü bu iki ölkənin müxtəlif bölgələrində çərşənbə günü Tehranda sionist rejim tərəfindən terror edilən HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə üçün namaz qılıb.
-
İran hər hansı xarici təzyiqə və Venesuelanın daxili işlərinə müdaxiləyə qarşıdır
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü X sosial şəbəkəsində İran İslam Respublikasının Venesuela xalqı və hökuməti ilə həmrəy olduğunu və onları qətiyyətlə dəstəklədiyini elan edərək, bu ölkənin daxili işlərinə hər hansı xarici müdaxiləyə qarşı olduğunu bildirib: Bolivar yolunun davamçısı olan Venesuela Respublikası öz xalqının əsas hüquqlarını Konstitusiya çərçivəsində qorumaq və təmin etmək üçün lazımi imkan və iradəyə malikdir.
-
Ənənəvi buğda biçini
Bu il Kürdüstan əyalətində 626 min hektar kənd təsərrüfatı sahəsi buğda əkininə ayrılıb və 1 milyon 500 min ton məhsul yığılacağı gözlənilir.
-
Baqiri: İran cinayətkar sionistləri qəti şəkildə cəzalandırmaq üçün qanuni hüququndan istifadə edəcək
Tehran - İRNA - Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri deyib: İran İslam Respublikası, şübhəsiz ki, cinayətkar sionistləri qəti və təsirli şəkildə cəzalandırmaq üçün qanuni və təbii hüququndan istifadə edəcək.
-
Baqiri İordaniyanın xarici işlər naziri ilə söhbətində: Sionist rejim regionun sülh və təhlükəsizliyini təhlükəyə atıb
Tehran - İRNA - Xarici İşlər Naziri vəzifəsini icra edən Əli Baqiri deyib: Əgər terrorçu cinayətkarların qarşısı alınmasa, onlar regional və beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhlükə altına atacaqlar.
-
Amerika: İranın İsraildən qisas almaqla bağlı bəyanatları ciddi qəbul edilməlidir
Nyu-York - İRNA - Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü və strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyənin terror edilməsindən sonra İran rəsmilərinin İsraildən qisas alınması ilə bağlı bəyanatları ciddi qəbul edilməlidir.
-
HƏMAS və İslami Cihad: Xain terrorlar müqavimətin gücünü zəiflətməyəcək
Tehran - İRNA - Fələstinin HƏMAS və İslami Cihad hərəkatları birgə bəyanatda bildiriblər ki, müqavimət liderlərinin xaincəsinə terror edilmələri müqavimətin gücünü zəiflətməyəcək.
-
Moskva ilə Tehranın əməkdaşlığı sionist rejimin təcavüzünü dayandıra bilər
Tehran – İRNA – Xarici İşlər Naziri vəzifəsini icra edən Əli Baqiri deyib: Moskva və Tehranın əməkdaşlığı sionist rejimin regionun sülh və sabitliyini təhlükə altına atmaq üzrə təcavüzkar hərəkətlərini dayandıra bilər.