-
Arif: Beynəlxalq ictimaiyyətin laqeydliyi sionist rejimi fələstinliləri qətliam etməkdə daha da cürətləndirib
Tehran - İRNA - Birinci vitse-prezident beynəlxalq ictimaiyyətin laqeydliyinin sionist rejimin fələstinliləri qətliam etməyə daha cürətləndirməsinə bais olduğunu bəyan edərək, işğalçı rejimin cinayətlərinin dayandırılması, bu cinayətlərin təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsi, işğalçı rejimin cinayətləri nəticəsində Fələstin və Livan xalqlarına dəymiş zərərin lazımi qaydada ödənilməsi də daxil olmaqla üç əsas məqsədə nail olmaq üçün İslam və Ərəb ölkələrini kollektiv fəaliyyətə çağırıb.
-
SEPAH: Doğru Vəd 1 və Doğru Vəd 2 əməliyyatları şəhid Tehrani Müqəddəmin səylərinin nəticəsidir
Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda Doğru Vəd 1 və Doğru Vəd 2 əməliyyatlarını İranın sionist şeytan və vəhşi rejimin şər və cinayətlərinə qarşı güclü və tarixi cavabı kimi qiymətləndirib, onu şəhid Tehrani Müqəddəm və onun sadiq dostlarının səylərinin və o şəhidin Qüdsün azadlığına doğru gedən yolunun məhsulu adlandırıb.”
-
“COP29”-da İranın diqqəti ədalətsiz sanksiyaların ölkənin ətraf mühitinə təsiri üzərindədir
Tehran - İRNA - Vitse-prezident və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri deyib: “COP29” sammitində İranın diqqəti ölkənin ekologiyasına dolayısı ilə təsir edən birtərəfli və ədalətsiz sanksiyalar məsələsinə yönəlib.”
-
İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının fövqəladə iclası çərçivəsində
Xarici medianın müxbirləri, fotoqrafları və videoqrafları İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının bazar ertəsi (11 noyabr) Ər-Riyadda keçirilən fövqəladə iclasını işıqlandırıblar.
-
Bəşər Əsəd: İsrail öldürür, ərəblər isə ancaq danışır
Tehran - İRNA - Suriya Prezidenti Bəşər Əsəd bu gün (bazar ertəsi) axşam saatlarında İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası liderlərinin Ər-Riyadda keçirilən iclasında deyib: “Mən fələstinlilərin tarixi və sübuta yetmiş hüquqları və onların qətiliyi, Fələstin və Livan xalqlarını dəstəkləmək borcumuzdan və bu iki ölkədəki müqavimətin legitimliyindən, hətta İsrail işğalçılarının nasizmindən danışmayacağam. Çünki bunlar bütün insanlara bəlli olan məlumatlara heç nə əlavə etməyəcək.”
-
Ərəbistan Vəliəhdi: Qəzzəyə, Livana və İrana edilən hücumları pisləyirik
Tehran - İRNA - Səudiyyə Ərəbistanının paytaxtında İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının ikinci fövqəladə iclası başlayıb. İclasın açılışında bu ölkənin Vəliəhdi sionist rejimin Qəzzə, Livan və İrana təcavüzkar hücumlarını pisləyib.
-
İran bank kartlarının Rusiyada istifadəsi mümkün oldu
Tehran - İRNA - Mərkəzi Bankın sədri Məhəmməd Rza Fərzinin iştirak etdiyi mərasimdə Rusiyanın "Mir" kimi tanınan bank şəbəkəsi İranın bank şəbəkəsinə (Şetab) qoşulub. Beləliklə, bundan sonra İran bank kartlarından Rusiya banklarında istifadə etmək mümkün olacaq.
-
Hizbullah: Düşmən 45 günlük döyüşdə bir kəndi də işğal edə bilməyib
Tehran - İRNA - Livan Hizbullah Hərəkatının media sözçüsü Məhəmməd Əfif bu hərəkatın raket ehtiyatlarının hələ tam qaldığını və raketlərin Hayfa və Təl-Əvivdəki hədəfləri vurduğunu bəyan edərək deyib: “Sionist düşmən 45 günlük döyüşlər ərzində Livanın cənubunda bir kəndi də işğal edə bilməyib.”
-
Amerikanın düşmənçilik siyasəti son 4 ildə də davam etdi - Vaşinqtonun fəaliyyəti önəmlidir, Amerika seçkiləri deyil
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü dedi: Fakt budur ki, ABŞ-ın İrana qarşı düşmənçilik siyasəti son 4 ildə davam etdi və Amerika hökuməti seçkilər zamanı BHFP danışıqları və digər məsələlərlə bağlı verdiyi vəd və iddiaları yerinə yetirə bilmədi.
-
Amsterdamda Fələstin tərəfdarı olan məhbusların sayı 50 nəfərə çatıb
Tehran - İRNA - Hollandiya paytaxtının iğtişaşlara qarşı polisi, şəhər şurası tərəfindən nümayişlərə qadağa qoyulmasından sonra Fələstinin azadlığı uğrunda dinc etiraz aksiyası keçirmə cinayətinə görə 50 Qəzza tərəfdarının həbs edildiyini və 340 nəfərin Amsterdamdan çıxarıldığını açıqlayıb.
-
İraqın milli təhlükəsizlik müşaviri İranın xarici işlər naziri ilə görüşüb
İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əərəci” bazar günü axşam (10 noyabr 2024-cü il) İran İslam Respublikasının xarici işlər naziri Syed Abbas Əraqçi ilə görüşüb söhbət edib.
-
İran sionist rejimin Dəməşqin Zeynəbiyyə rayonunda yaşayış binasına hücumunu kəskin şəkildə pisləyib
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü bu gün (bazar günü) sionist rejimin Dəməşqin Zeynəbiyyə rayonunda bir yaşayış binasına təcavüzkar hücumunu və çoxlu sayda Suriya vətəndaşının şəhadəti və yaralanması ilə nəticələnən təcavüzünü kəskin pisləyib.
-
Saravanın Sirkan bölgəsində 5 yerli bəluc bəsic şəhid olub
Zahidan - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Qüds Qərargahının ictimaiyyətlə əlaqələr ofisi bəyanat yayaraq bildirib: “Bir neçə saat əvvəl, Saravan şəhərinin Sirkan bölgəsində baş verən terror hadisəsi nəticəsində beş yerli bəluc bəsic şəhid oldu.”