-
Pezeşkiyan: Suriyadakı proseslər ölkənin ərazi bütövlüyünün qorunması ilə yanaşı olmalıdır
Tehran - İRNA - Prezident türkiyəli həmkarı ilə görüşündə Suriyadakı son hadisələrə işarə edərək vurğulayıb: “Suriyada baş verən hər hansı bir dəyişiklik bu ölkənin ərazi bütövlüyünün qorunması ilə yanaşı olmalıdır və Suriyanın ərazi bütövlüyünə zərrə qədər ziyan vurulması heç bir şəkildə qəbuledilməzdir.”
-
Pezeşkiyan: Vahid valyuta yaratmaqla İslam ölkələrinin iqtisadi əlaqələrini gücləndirmək zəruridir
Tehran - İRNA - Prezident Pakistanın Baş naziri ilə görüşündə dünyanın indiki həssas və təhlükəli dövründə vahid valyuta yaratmaq və ortaq bazarların tutumundan istifadə etməklə İslam dünyasındakı birlik və vəhdəti, eləcə də İslam ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsini zəruri adlandırıb, İran İslam Respublikasının bütün İslam ölkələri, xüsusilə də Pakistanla qarşılıqlı fəaliyyətdə bu mühüm məqsədləri həyata keçirməyə hazır olduğunu vurğulayıb.
-
Pezeşkiyan: Sionist rejimin cinayətlərinin dayandırılması region ölkələrinin ən mühüm prioriteti olmalıdır
Tehran - İRNA - Prezident bəşər tarixində Fələstin xalqına qarşı bir sıra faciə və cinayətlərin törədildiyinin şahidi olduğumuzu, bundan əlavə, sionist rejimin son aylarda Livan və Suriyada amansız hücumlar həyata keçirdiyini bəyan edərək deyib: “Qəzzə, Livan və Suriyada bu rejimin cinayətlərinin qarşısını almaq üçün təzyiq göstərmək, region ölkələrinin və D8 üzvlərinin ən mühüm humanitar və mənəvi prioriteti olmalıdır.”
-
İslami: Nüvə qabiliyyəti təhlükə deyil, inkişaf və özünü təmin etmək üçün fürsətdir
Tehran - İRNA - İranın Atom Enerjisi Təşkilatının sədri deyib: “Nüvə qabiliyyəti təhdid deyil, əksinə, ölkənin inkişafı və özünü təmin etməsi üçün strateji fürsət sayılır.”
-
Şahbaz Şərif D8-in İslamabad-Tehran-İstanbul nəqliyyat dəhlizindən istifadəni vurğulayıb
İslamabad - İRNA - Pakistanın Baş naziri D8 qrupunun ümumi məqsədlərinə nail olmaq üçün İran-Pakistan-Türkiyə (İTİ) nəqliyyat dəhlizinin imkanlarından istifadənin vacibliyini vurğulayaraq deyib: “Bu dəhliz regional kommunikasiyalar sahəsində səkkiz ölkənin ümumi məqsədlərinə nail olmağa kömək edə bilər.”
-
Pezeşkiyan D8 Təşkilatını İsrailin təcavüzü ilə mübarizədə daha çox əməkdaşlığa çağırıb
Tehran - İRNA - İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan Səkkiz İslam Ölkəsi Təşkilatının (D8) Zirvə toplantısındakı çıxışında bu təşkilatın ölkələri arasında daha çox əməkdaşlıq göstərilməsinə və bölgə xalqının sionist rejimin təcavüzündən müdafiəsi üçün daha çox yaxınlaşma və əməli tədbirlər görməyə çağırıb.
-
Prezidentin Misirə səfərinin ilk günü
Prezident Məsud Pezeşkiyan Misirə səfərinin ilk günündə cümə axşamı (19 dekabr 2024-cü il) "D-8" inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Əbdulqədir İmamla görüşüb.
-
Birgə investisiya fondunun yaradılması D8 təşkilatının məqsədlərinə çatmaq üçün təsirli addım olacaq
Tehran - İRNA - Prezident deyib: “Təşkilata üzv olan İslam ölkələrinin birgə sərmayə qoyması məqsədilə D8 qrupu üçün inkişaf fondunun yaradılması, bu istiqamətdə təsirli addım olacaq və İran belə bir fond yaratmağa hazır olduğunu bəyan edir.”
-
"Fələstin 2” ballistik raketi ilə Təl-Əvivdə 2 həssas hərbi obyektə hücum
Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu gün cümə axşamı Təl-Əvivdə sionist rejimin iki həssas hərbi obyektini bir neçə raketlə hədəfə aldıqlarını bildirib.
-
Bəqai sionist rejimin Yəmənin infrastrukturlarına hücumunu kəskin şəkildə pisləyib
Tehran - İRNA - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Yəmənin infrastrukturlarına təcavüzünü kəskin şəkildə pisləyib.
-
Əl-Buxeyti: Yəmənə hücum Qərbin ikiüzlülüyünü ifşa edir/Qəzzəni dəstəkləməyə davam edəcəyik
Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Məhəmməd Əl-Buxeyti ABŞ və sionist rejimin Yəmənin mülki obyektlərinə hava hücumunu Qərbin ikiüzlü mövqeyinin ifşası hesab edib.
-
Vyetnam Müdafiə Sərgisi 2024-də İranın müdafiə nailiyyətləri dünyaya nümayiş etdirilir
Tehran - İRNA - Dekabrın 19-dan 22-dək Hanoyda keçiriləcək Vyetnam Beynəlxalq Müdafiə Sərgisi 2024-də İran İslam Respublikası da iştirak edir.