Sahəsi 10 min kvadratmetrdən çox olan tarixi Xəranəq qalası Xəranəq kəndində və Şah Abbasi Karvansarasının yaxınlığında yerləşir. 4500 illik yaşı ilə ölkənin milli əsərləri sırasında qeydə alınmışdır. Xəranəq kəndi Yəzd şəhərinin yerli dilində Xuranəq kimi tələffüz edilir ki, bu da “günəşin doğulduğu yer” deməkdir.
Qədim vaxtlarda bu kənd çoxlu quldur və oğruların hücumuna məruz qalırmış. Bu səbəbdən əhali Xəranəq qalasını tikir və uzun müddət orada yaşayır.
Bu tarixi qalanın 80 evi, 6 mühafizə qülləsi və dörd qapısı var. Xəraniq dünyada iki və üç mərtəbəli evlərin olduğu nadir qalalardan biri hesab olunur.
Bu əsər 14 mart 2005-ci ildə 11509 qeydiyyat nömrəsi ilə İranın milli əsərlərindən biri kimi qeydə alınıb.
Fotoqraf: Məcid Cərrahi
Sizin rəyiniz