Urmiya - İRNA - 2021-2022-ci ildə Urmiya Gölü Milli Parkında tikilmiş və altı hektar ərazini əhatə edən İran lanlarının (Beynəlxalq elmi adı; Dama mesopotamica) çoxaldıldığı və böyüdüldüyü Rəşkan kompleksi, ölkənin ən uğurlu komplekslərindən biridir. Bu ilin yazında üç İran lanı balasının doğulması Urmiya Gölü Milli Parkında bu növə yaradılmış əlverişli bioloji vəziyyətin göstəricisidir.

İran lanı nəsli kəsilmək təhlükəsi ilə üzləşən İran vəhşi təbiətinin əsas növlərindən biridir. Son illər Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən milli tədbirlər planı çərçivəsində İran lanların mühafizəsi və sayını artırmaq məqsədilə müxtəlif proqramlar həyata keçirilib və ölkənin müxtəlif bölgələrində onların sayının çoxaldılması və nəslinin kəsilməsinin qarşısının alınması məqsədilə bu növü çoxaltma və qoruma mərkəzləri yaradılıb.

17 avq 2023, 12:21

Tags

Sizin rəyiniz

You are replying to: .