Tamarçin - İRNA - Qərbi Azərbaycandakı Tamarçin sərhəd-buraxılış məntəqəsi bu əyalətin İraqın şimalı ilə tək rəsmi keçid məntəqəsidir. Sərhəd keçid-buraxılış məntəqəsi əyalətin cənubunda Piranşəhr şəhərində yerləşir. Bu il ikinci dəfədir ki, Ərbəin zəvvarlarının Tamarçin sərhədindən müqəddəs ziyarətgahlara getməsi mümkün olub.

Bu sərhəddə Ərbəin zəvvarlarının rifahı üçün məskunlaşma və yemək süfrələrindən tutmuş digər xidmətlərə qədər lazımi şərait nəzərdə tutulmuşdur. İctimai nəqliyyat da müxtəlif şəhərlərdən sərhəd sıfır nöqtəsinə qədər fəaliyyət göstərir.

Tamarçin sərhəd-buraxılış məntəqəsinin açılması müqəddəs ziyarətgahların zəvvarları üçün məsafəni və gediş vaxtını, hətta xərcləri azaltmaqla yanaşı, ölkənin şimal-qərb əyalətlərindən çoxlu sayda zəvvarın, hətta Türkiyə və Azərbaycan kimi ölkələrdən gələn zəvvarların keçidinə şərait yarada bilər.

3 sen 2023, 01:20

Tags

Sizin rəyiniz

You are replying to: .