Nigeriya şiələrinin lideri (bu yaxınlarda ev dustaqlığından azad edilmiş) Şeyx İbrahim Yəqub Zəkzakinin qarşılanma mərasimi çərşənbə günü (11 oktyabr) səhər saatlarında İmam Xomeyni Beynəlxalq Hava Limanında (r) müxtəlif ictimai qruplar və tələbə təşkilatlarının iştirakı ilə keçirilir.

Nigeriya şiələrinin lideri Şeyx İbrahim Yəqub Zəkzaki, həyat yoldaşı və övladlarından biri 2015-ci ilin dekabrında Nigeriyanın Kaduna əyalətinin Zariya şəhərində Ərbəin mərasimi təşkil olunduğu üçün Nigeriya ordusu və polis qüvvələrinin onun evinə hücumu zamanı həbs edilmişdi. Bu hücumda üçü Şeyx Zəkzakinin övladı olmaqla 2000-ə yaxın nigeriyalı şiə şəhid oldu. Nigeriya İslam Hərəkatı liderinin daha üç övladı bir il əvvəl 2014-cü ildə Ümumdünya Qüds Günü mərasimi zamanı bu ölkənin polis qüvvələri tərəfindən güllələnərək şəhid olub. Nəhayət, 28 iyul 2021-ci ildə bu şiə din xadimi və həyat yoldaşı Kaduna əyalətinin Ali Məhkəməsi tərəfindən bəraət aldı və bütün ittihamlardan azad edildi.

11 okt 2023, 15:48

Tags

Sizin rəyiniz

You are replying to: .