Elektrik enerjisi xidmətinin keyfiyyətinin yüksəldilməsi, etibarlılığın artırılması, şəbəkənin dayanıqlığının səviyyəsinin yüksəldilməsi və Növşəhr elektrik stansiyasının istehsalının dayandırılması probleminin aradan qaldırılması məqsədi ilə 4 dövrəli 230,63 kV-luq Növşəhr-Royan ikinaqilli elektrik verilişi xətti, Mazandaran və Gülistan regional elektrik mütəxəssisləri, podratçılar, məsləhətçilər və avadanlıq təchizatçılarının səyləri sayəsində Qədir-Xum bayramında başa çatdırıldı və istifadəyə verildi.

Mazandaran əyalətinin mərkəzi ilə qərbi arasında 1400 meqavat gücündə enerji ötürmə imkanı olan bu layihə 13-cü hökumətin illik elektrik enerjisi istehlakının pik həddi aşmaq üçün elan etdiyi 180 həyati layihədən biri olaraq təyin olundu.

Növşəhr 230,63 kV-luq elektrik verilişi stansiyasından Royan 230,63 kV-luq yarımstansiyaya qədər olan layihə marşrutunun uzunluğu 42 km, dövrənin uzunluğu isə 168 km-dir. Marşurutda 131 metal hörgü qülləsi mövcuddur və 1400 meqavat gücündə enerji ötürmə imkanı var.

29 iyn 2024, 22:53

Sizin rəyiniz

You are replying to: .