Mənəvi etikaf mərasimi bütün ölkə ilə eyni vaxtda Bocnurd məscidlərində də keçirilir. Etikaf mərasimi və ya “əl-Beyz günləri” Rəcəb ayının 13-də səhər azanından başlayır və rəcəb ayının 15-də axşam azanının oxunması ilə başa çatır.

Etikaf əməli, oruc və ibadətlə yanaşı, müəyyən müddət (ən azı üç gün) məsciddə qalmaqdır. Etikafın müəyyən vaxtı yoxdur, lakin İslam hədislərində Ramazan ayının üçüncü ongünlüyünün ən yaxşı vaxt olduğu qeyd olunur. İranda etikaf mərasimi Rəcəb ayının əl-Beyz günlərində (13, 14 və 15) əksər şəhərlərin böyük məscidlərində keçirilir.

15 yan 2025, 14:45

Sizin rəyiniz

You are replying to: .