Xürrəmşəhr 24 may 1982-ci ildə Qüds əməliyyatında ordu və SEPAH-ın şücaəti ilə BƏƏS qüvvələrinin əlindən geri alındı. Müqəddəs Müdafiə dövründə Xürrəmşəhrin fəthi qlobal təsir göstərdi və Xürrəmşəhrin itirilməsi ilə İraq BƏƏS rejimi danışıqlar üçün siyasi dayaqlarını itirdi. Xürrəmşəhrin azad edilməsi əməliyyatı hərbi baxımdan tətbiq edilmiş müharibə tarixində dönüş nöqtəsi kimi tanınır.
Bu münasibətlə Mədəni İnqilabın Ali Şurası hicri-şəmsi təqvimilə Xordad ayının 3-nü (24 may) "Milli Müqavimət, Fədakarlıq və Qələbə” günü adlandırıb və bu, ölkənin rəsmi təqvimində də qeydə alınıb.
24 may 2025, 10:55
Sizin rəyiniz