İnqilabın Rəhbəri
-
İnqilabın Rəhbəri: Sionistlərin qəddarlığı tolerantlığa yer qoymadı - Meydanda cəlladlara yer verilməməlidir
Tehran - İRNA - Həzrət Ayətullah Xamenei Qəzzada amansız və əlbəttə ki, tükənən sionist rejimin cinayətlərinə toxunaraq vurğuladı: Bəraət məsələsi bu il keçmişlə müqayisədə daha qabarıqdır, çünki Qəzzada baş verən faciələr heç bir dözüm və tolerantlığa yer qoymayıb. Bu bəraət xalqların və hökumətlərin söz və hərəkətlərində özünü göstərməli, cəlladlar və onların havadarları üçün meydanı dar etməlidir.
-
İnqilabın Rəhbəri: Bütün imamlar (ə) İslam hakimiyyəti fikrində olublar
İran İslam İnqilabın Rəhbəri VI Ümumdünya Həzrət Rza (Allahın salamı ona olsun) Konfransının elmi heyətilə görüşündə dedi: İmamların (əleyhimus-salam) həyatı ilə bağlı üç cəhətdə iş görülməlidir: Onların biri... siyasət məsələsidir... onların əsas məqsədi İslam cəmiyyəti yaratmaq olmuşdur; İslam hakimiyyəti bərqərar olmadan İslam cəmiyyətinin qurulmasının mümkün deyil; Beləliklə, onlar İslam hakimiyyəti ardınca olmuşlar. İmamətin mühüm bir cəhəti budur; İmamət dinə və dünyaya başçılıq, maddə və mənaya başçılıq deməkdir.