Nyu-York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasına və BMT-nin baş katibinə yazdığı məktubda İsrail rejimi nümayəndəsinin İrana qarşı əsassız ittihamlarını və təxribatçı ritorikasını rədd edərək vurğuladı: İran İslam Respublikasının İsrail rejiminə qarşı qanuni hərəkətində müqavimət qruplarından heç biri iştirak etməyib və bununla bağlı hər hansı iddia rədd edilir.