Əhməd Vəhidi
-
Daxili işlər naziri Maku XİZ-ində Yaxın Şərqin ən böyük qoz və püstə bağına baş çəkib
Urmiya - İRNA - Daxili işlər naziri Maku Xüsusi İqtisadi Zonasında Yaxın Şərqin ən böyük qoz və püstə bağına baş çəkib və bu mərkəzin yaradılması və inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırılıb.
-
Daxili İşlər naziri: Kirman hadisəsində şəhid olanların çoxu ikinci partlayış səbəbindən olub - Kirmanda vəziyyət nəzarət altındadır
Tehran - İRNA - Ölkənin Daxili İşlər naziri deyib: “Kirmanda terror hadisəsi günortadan sonra saat 3 radələrində baş verdi, digər zəvvarlar yaralılara kömək etməyə gələndə saat 3:20 radələrində ikinci partlayış baş verdi, şəhid və yaralıların çoxu ikinci partlayışda hadisəyə düçar oldular.”
-
Daxili İşlər naziri strateji əhəmiyyətə malik Bu Musa adasına səfər edib
Bəndər Abbas - İRNA - Daxili İşlər naziri Əhməd Vəhidi, Hörmüzqan valisi Məhdi Dusti və bir qrup hökumət və hərbi rəsmi ilə birlikdə bu gün, cümə axşamı 13-cü hökumət tərəfindən həyata keçirilən layihələri nəzərdən keçirmək üçün strateji əhəmiyyətli Bu Musa adasına səfər edib.
-
Daxili İşlər naziri: Pakistan terror qruplaşmalarının bu ölkə ərazisində yuva qurmasına icazə verməməlidir
Əhməd Vəhidi terrorçu qrupların hücumuna məruz qalmış Rask polis qərargahında olub və bu terror cinayətini pisləyərək deyib: “Bura asayiş və təhlükəsizliyi qoruyan bir neçə nəfərin, müstəmləkəçilərə nökərlik edən qorxaq və kor qəlbli terrorçular tərəfindən məzlumcasına şəhid edildiyi yerdir. Fədakarlıq göstərən polis qüvvələrinin müqaviməti nəticəsində terrorçular öz məşum məqsədlərinə nail ola bilmədilər.