Əlcəzair
-
Təhlükəsizlik Şurası ABŞ-ın Qəzza ilə bağlı təklif etdiyi qətnaməni təsdiqləmədi; Rusiya və Çin buna veto qoydu + VİDEO
Nyu-York - İRNA – BMT Təhlükəsizlik Şurası ABŞ-ın Qəzza ilə bağlı təklif etdiyi qətnaməni təsdiq etmədi və Rusiya və Çin əleyhinə səs verərək bu qətnaməyə veto qoydular.
-
Sionist rejim və bəzi qərb ölkələri Afrika ölkələrinin sərvətlərini talan etməyə çalışırlar
Tehran - İRNA - Prezident İranın Afrika ölkələri, o cümlədən Mozambik ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayaraq deyib: “İki ölkə münasibətlərində növbəti addımların atılması yeni yol xəritəsinin hazırlanmasını tələb edir. Ona görə də, iki ölkənin yüksək imkanlarını aşkar edib ondan faydalanmaq məqsədi ilə İran və Mozambikin müştərək komissiyası işə salınmalıdır.”
-
Rəisi: Sionist rejimlə iqtisadi əlaqələr ona maliyyə dəstəyi deməkdir
Tehran - İRNA - Prezident bəzi İslam ölkələrinin sionist rejimin cinayətkarlığı qarşısında hərəkətsizliyini tənqid edərək deyib: “İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyadda keçirilən fövqəladə iclasından indiyədək sionistlərin Qəzzada törətdiyi cinayətlərin dayandırılması üçün heç bir təsirli addım atılmayıb və bəzi region hökumətlərinin sionist rejimlə iqtisadi əlaqələri hələ də davam edir.”
-
Rəisi: Bu gün Fələstinlə bağlı susanlar sabah sərt sillə alacaqlar
Tehran - İRNA - Prezident Qəzzada müharibənin davam etməsinə toxunaraq dedi: “Hazırkı müharibə şər cəbhəsi ilə şərəf cəbhəsinin qarşıdurmasıdır. Cəbhənin bir tərəfində amerikalılardan getdikcə daha güclü silahlar və bombalar gözləyən ordu, o biri tərəfində isə bir tikə çörək gözləyən uşaqlardır.”
-
İran Prezidenti Əlcəzairə getdi
İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisi şənbə günü (2 mart) səhər saatlarında rəsmi ikitərəfli görüşün keçirilməsi və Qaz İxracatçısı Ölkələri Forumu (GECF) Rəhbərlərinin yeddinci zirvə görüşündə iştirak etmək məqsədilə Əlcəzairin paytaxtı Əlcəzairə yola düşüb. Hava Limanından Prezidenti Məhəmməd Müxbir yola salıb.
-
Dünya Müsəlman Alimləri Birliyinin sədri: İsrail rejimi ilə sazişə gedən Ərəb ölkələrinin mövqeyi utancvericidir
Tehran - İRNA - Dünya Müsəlman Alimləri Birliyinin sədri bu gün (çərşənbə günü) bəzi Ərəb ölkələrinin sionist rejim qarşısındakı mövqelərini şübhə altına alıb, onların bu rejimə maddi və mənəvi dəstəyini “xəyanətkarlıq” və “utancverici” kimi qiymətləndirib.
-
Prezident 14 ildən sonra Əlcəzairə səfər edir
Tehran - İRNA - Prezident rəsmi ikitərəfli görüş keçirmək və həmçinin Qaz İxracatçısı Ölkələrinin Forumu (GECF) Rəhbərlərinin yeddinci iclasında iştirak etmək üçün Əlcəzairin paytaxtı Əlcəzairə gedəcək.
-
Kuba: Amerika Fələstin xalqının soyqırımında İsrailin ortağıdır
Tehran - İRNA - Kuba Xarici İşlər nazirinin müavini Anayansi Rudrigez Kamaço çərşənbə günü Haaqada Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) iclasında sionist rejimin qeyri-qanuni güc tətbiq etməklə fələstinli mülki şəxsləri, qadınları və uşaqları qətlə yetirdiyini və bu qətliamın ABŞ kimi ölkələrin köməyi ilə həyata keçirildiyini bildirərək deyib: “Amerika Fələstin xalqının soyqırıma məruz qalmasında İsrailin ortağıdır.”
-
Qətər: Əlcəzairin Qəzza ilə bağlı təklif etdiyi qətnaməyə veto qoyulması beynəlxalq ictimaiyyətin ikili standartlarını göstərir
Tehran - İRNA - Qətər hökuməti BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəsin yaradılması ilə bağlı Əlcəzairin təklif etdiyi qətnamə layihəsinə Amerika tərəfindən veto qoyulmasını beynəlxalq ictimaiyyətin fələstinlilərə qarşı ikili standartlarının göstəricisi adlandırıb.
-
Kuba: Amerika fələstinlilərin soyqırımında İsrailin ortağıdır
Tehran - İRNA - Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ın Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoymasına münasibət bildirərək vurğulayıb ki, Vaşinqton Fələstin soyqırımı faciəsində sionist rejimin ortağıdır.
-
İran və Əlcəzairin Bakıdakı səfirlərinin Fələstindəki hadisələrlə bağlı məsləhətləşmələri
Bakı - İRNA - İran İslam Respublikası və Əlcəzairin Azərbaycan Respublikasındakı səfirləri Seyid Abbas Musəvi və Osman Əbdülvəhhab bu gün axşam saatlarında işğal olunmuş ərazilərdə baş verən son hadisələr, xüsusilə Qəzzədəki vəziyyət və məzlum fələstinlilərə dəstək üçün İslam ölkələri arasında sinerji və ortaq düşüncənin zəruriliyi ilə bağlı məsləhətləşib və fikir mübadiləsi aparıblar.