Avropa
-
Kənani: Avropa İttifaqı İranı ittiham etməkdən çəkinməlidir
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü Avropa İttifaqının ali nümayəndəsinin İranın Ukrayna münaqişəsində iştirakı bəhanəsi ilə İrana qarşı ittihamına toxunaraq, Avropa İttifaqının yalan məlumat əsasında ittihamlar irəli sürməkdən çəkinməli olduğunu bildirib.
-
İran öz milli təhlükəsizliyini müdafiə etmək üçün heç kimdən icazə almır
Tehran - İRNA - Ölkəmizin Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran öz suverenliyini və milli təhlükəsizliyini müdafiə etməkdə, eləcə də regionda təhlükə və terrorizmin əsl mənşəyinə və həqiqi mənbəyinə qarşı çəkindirmə yaratmaqda qətiyyətli və qərarlıdır və tanınmış hüquqlarından istifadə etmək üçün heç kimdən icazə almır.
-
İran Aİ-nin yeni sanksiyalarını kəskin şəkildə pisləyib
Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Avropa İttifaqının bəzi İran rəsmiləri və qurumlarına qarşı yeni sanksiyalar tətbiq etməsini qətiyyətlə pisləyib.
-
Əmir Abdullahian: Biz əməkdaşlığın inkişafı üçün İran və Avropa arasında dialoqun davam etdirilməsini alqışlayırıq
Tehran - İRNA - Xarici işlər naziri Avropa İttifaqı və İran arasında birgə əməkdaşlığı inkişaf etdirmək məqsədilə dialoqun davam etdirilməsini alqışlayaraq deyib: Agentlik və İran arasında əməkdaşlıq müsbət istiqamətdədir və biz Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İrana səfərini alqışlayırıq.
-
Əmir Abdullahian: Avropa Vaşinqtonun tövsiyələrinə əməl etməməlidir
Tehran - İRNA - Xarici işlər naziri deyib: Avropa İttifaqı İsrailin cinayətkar rejimini qane etmək üçün Vaşinqtonun tövsiyələrinə əməl etməməlidir.
-
Avropa İttifaqı HƏMAS və İslami Cihadın 3 hərbi qoluna da sanksiya tətbiq edib
London - İRNA - Avropa İttifaqı cinayətkar sionist rejimi dəstəkləməyə davam edərək və Qəzzada bu rejim tərəfindən müdafiəsiz və məzlum Fələstin xalqının öldürülməsinə məhəl qoymayaraq, Əl-Əqsa tufanı əməliyyatında iştirak etdikləri üçün HƏMAS və İslami Cihadın 3 hərbi alt şöbəsinə sanksiya tətbiq edib.
-
Borel İsraili pislədi
London - İRNA - Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsi Qəzza əhalisinin humanitar yardım alarkən sionist rejim ordusu tərəfindən qətliam edilməsini haqq qazandırmaq mümkün olmayan hərəkət adlandırıb, Qəzza zolağına yardım əşyalarının göndərilməsinə bu rejimin qoyduğu məhdudiyyətləri pisləyib.
-
Tezliklə Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılacaq
Yol və Şəhərsalma nazirinin nəqliyyat işləri üzrə müavini Rəşt-Astara dəmir yolu işlərinin plan üzrə davam etdiyini bildirərək deyib: “Bu iş üçün Rusiya hökumətindən kredit götürülüb və iki ölkə arasındakı razılaşmaya diqqət etməklə, biz bu layihəyə 2024-cü ilin əvvəlindən, yəni təxminən bir ay yarımdan sonra başlayacağımıza ümid edirik.”
-
İsveçin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb
Tehran - İRNA - İsveç səfirliyinin müvəqqəti işlər vəkili Yuran Biyalrosted İsveç məhkəməsinin Həmid Nuriyə qarşı hərəkətindən sonra XİN-nin Qərbi Avropa məsələləri üzrə mərkəzinin Baş direktoru tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının sərt etirazı ona çatdırılıb.
-
Borrell: İran Qəzzada gərginliyin artmasının qarşısını almaq üçün öz təsirindən istifadə etməlidir
London - İRNA - Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Qəzza böhranının yalnız siyasi yolla həll oluna biləcəyini söyləyib və bildirib ki, ölkəmizin xarici işlər naziri ilə telefon danışığında, "İrandan öz təsirindən istifadə etməyi və regionda gərginliyin daha da artmasının qarşısını almaqda fəal cəhd göstərməsini xahiş etdim”.
-
Bakı Avropa İttifaqı ilə bir sıra birgə layihələri dayandırıb
Tehran - İRNA - Diplomatik mənbələr bildiriblər ki, Azərbaycan Respublikası Avropa İttifaqının Bakı və İrəvan arasında münasibətlərə dair mövqeyinə etiraz olaraq bu ittifaqa üzv ölkələrlə qondarma "Twinning" layihələri çərçivəsində əməkdaşlığın bir hissəsini dayandırıb.
-
Amerikanın anti-İran mövqeyinə Azərbaycanın açıq cavabı
Azərbaycan Xarici İşlər Nazirliyi Amerika rəsmisinin anti-İran və anti-Rusiya açıqlamasına cavab olaraq bildirib: “Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.”
-
Borrell sionist qəsəbələrinə gülləkeçirməz jiletlə gəlib - Qərbin hərbi cinayətkarlara dəstəyi davam edir - video
Tehran - İRNA - Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu gün cinayətkar sionist rejimə Qərbin tam dəstəyini göstərmək üçün işğal olunmuş Fələstin ərazilərinə səfər edən sonuncu avropalı siyasətçi və rəsmidir.
-
Borrel: Qəzzada humanitar fəlakət görünməmiş bir hadisədir - Fələstin məsələsinin hərbi həlli yoxdur
London - İRNA - Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Qəzzada baş verən bəşəri faciələri görünməmiş bir hadisə kimi səciyyələndirib və bildirib ki, Fələstin məsələsinin hərbi yolla həlli yoxdur.
-
Əmir Abdullahian: Yaxın Şərq bizim bölgəmizdir – Bizim evimizin asayişini təmin etməkdə heç kimlə kompilimentimiz yoxdur
Ankara - İRNA - Xarici İşlər naziri Qəzzada dərhal atəşkəsə çağırıb və deyib: "Düşməni ağır nəticələr gözləyir". Bura, bizim bölgəmiz və evimizdir, bölgənin və evin təhlükəsizliyini təmin etməkdə heç bir tərəfə güzəştə getmirik.
-
Kənaninin Kamala Harrisə qısa cavabı: Bəsdirin!
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi bu günkü mətbuat konfransında ABŞ-nin birinci vitse-prezidentinin son açıqlamasına cavab olaraq deyib: Bəsdirin!
-
Borrell: İsrailin Qəzzada hərəkətləri beynəlxalq hüquqa ziddir
London - İRNA - Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi sionist rejimin Qəzzada yaşayış məntəqələri, xəstəxanalar və məktəblərə qarşı vəhşi hücumlarının güclənməsinə toxunaraq, dinc əhalinin öldürülməsinin beynəlxalq humanitar qanunlara zidd olduğu barədə xəbərdarlıq edib.
-
Ərdəbil imam cüməsi: Sionistlərin Qəzzada törətdikləri cinayətlər iddia edilən Holokostdan daha böyükdür
Ərdəbil - İRNA - Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbil imam cüməsi işğalçı və uşaq öldürən sionist rejimin dəhşətli cinayətlərinə toxunaraq deyib: “Holokostun əsl mənası fələstinlilərin öldürülməsidir və sionistlərin gündəlik cinayətləri hətta iddia edilən Holokostdan yüzlərlə dəfə böyükdür.”
-
Avropa Parlamentinin üzvü: İsrail hərbi cinayətkardır - Qəzzaya qarşı “Holokost” gedir
Tehran - İRNA - Avropa Parlamentinin üzvü Manu Pinda sionist rejimin Qəzzanın müdafiəsiz əhalisini hədəfə alması ilə bağlı 20 günlük cinayətlərinə işarə edərək deyib: “Sionist rejimin hakimiyyəti hərbi cinayətkardır.”
-
Sionist rejimin rəsmiləri nə deyirlər - Avropa rəsmiləri nə eşidirlər
İsrailin müharibə naziri açıqlamasında Qəzza xalqını "heyvana bənzər" adlandırsa da, Almaniyanın xarici işlər naziri hesab edir ki, İsrail humanitar qaydalara sadiqdir, Fələstin və Qəzzanın mülki əhalisinə önəm verir. İndiyədək Qəzzada 2500-dən çox dinc sakin sionistlər tərəfindən öldürülüb.
-
Ərdəbilin cümə imamı: İsrail dünyanın ən böyük cinayətkarlarının üzünü ağ etdi
Ərdəbil - İRNA - Vəliyyi-Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və şəhərin cümə imamı deyib: İsrail öz cinayətləri ilə dünya və tarixin bütün böyük cinayətkarlarının üzünü ağ etdi və bu, İsrail və onun Qərb və Avropadakı tərəfdarları və yəhudi dini üçün böyük bir məğlubiyyətdir.
-
Bu dəhşətli cinayətlərin sənədləşdirilməsi beynəlxalq məsuliyyətdir - Sionistlər heç bir dəyərə əməl etmirlər
Tehran - İRNA - Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi sionistlərin Qəzzada yunan kilsəsinə hücumuna münasibət bildirərək deyib: “Bu dəhşətli cinayətləri səlahiyyətli beynəlxalq məhkəmələrə təqdim etmək üçün onları sənədləşdirmək beynəlxalq məsuliyyətdir.”
-
Ali Məqamlı Rəhbər Şeyx Zəkzakiyə xitabən: Siz Allah yolunda əsl mücahid nümunəsisiniz
Tehran- İRNA - İslam İnqilabının Ali Rəhbəri Şeyx Zəkzaki və onun ailəsi ilə görüşündə onlara xitabən deyib: “Siz Allah yolunda əsl mücahid nümunəsisiniz və ümid edirik ki, mücahidliyinizi davam etdirə biləcəksiniz.”
-
Sülh üzrə Nobel mükafatı; yolunu azmış mükafat
Tehran - İRNA - Alfred Nobel öz adı və şəxsi vəsaiti ilə beş elmi sahədə mükafat təsis edərkən heç vaxt təsəvvür etmirdi ki, Sülh üzrə Nobel mükafatı adlı bu mükafatın bir hissəsi nəinki xalqlar arasında qardaşlıq və dünyada sülhə kömək etməyən, əksinə sülhə qarşı çıxan insanlara veriləcək.
-
Bakının İrəvanla üçtərəfli sülh danışıqları prosesinə dəstəyi
Tehran - İRNA - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin köməkçisi bildirib ki, Bakı Avropanın vasitəçiliyi ilə Ermənistanın Baş naziri ilə üçtərəfli danışıqları dəstəkləyir.
-
İnqilabın Ali Rəhbəri: Sionist rejimlə münasibətləri normallaşdırmaq uduzmuş at üzərində mərcləşməkdir
Tehran - İRNA - İnqilabın Ali Rəhbəri ölkə rəsmiləri, İslam ölkələrinin səfirləri və Vəhdət Konfransının qonaqları ilə görüşündə deyib: “Sionist rejimlə normallaşma qumarını özlərinə örnək edən hökumətlər ziyan görəcəklər, bunları uduzmaq gözləyir, səhvə yol verirlər. Avropalılar demişkən, uduzmuş at üzərində mərc edirlər.”
-
Ermənistan Aİ-ni Azərbaycana sanksiya tətbiq etməyə çağırdı
Tehran - İRNA - Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi çıxışında Azərbaycanın Ermənistana hücum ehtimalının çox yaxın olduğunu bildirərək, Avropa İttifaqını Bakıya qarşı sanksiya tətbiq etməyə çağırıb.
-
BMT rəsmisi: Ermənilərin Qarabağdan çıxması böyük problemdir
Tehran - İRNA - Qarabağı tərk edən ermənilərin vəziyyətini izləmək üçün BMT tərəfindən bir qrupun Qarabağa gəlməsi ilə eyni vaxtda BMT rəsmilərindən biri ermənilərin bu bölgəni tərk etməsinin həqiqətən böyük bir problem olduğunu deyib.
-
Rusiya və Azərbaycan xarici işlər nazirləri Qarabağda baş verənləri müzakirə ediblər
Tehran - İRNA - Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov çərşənbə günü telefon danışığında Qarabağda baş verənləri, o cümlədən bu bölgə ermənilərinə humanitar yardımın göndərilməsini müzakirə ediblər.
-
“The Guardian” Qərbin Bakı ilə münasibətlərə yenidən baxmasının mümkünlüyünü təhlil edib
Tehran - İRNA - The Guardian qəzeti yazıb: Evlərini tərk etmək məcburiyyətində qalan Qarabağ bölgəsi sakinlərinin kütləvi miqrasiyasını əks etdirən şəkillərin yayılması, Qərbdə bəzilərini Azərbaycan Respublikası ilə münasibətlərinə yenidən baxmaq barədə düşünməyə vadar edib.